Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi görür

Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi görürAvropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərindən bir neçə ay sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri 27 üzv dövləti birləşdirən Avropa İttifaqı ilə münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfərlər Brüsselin Azərbaycanı Cənubi Qafqazda etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi gördüyünü bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevlə görüş zamanı Ursula Fon der Lyayenin Azərbaycanı strateji tərəfdaş adlandırması xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın regionun lider dövləti olduğunu, Cənubi Qafqazda sülh gündəliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın regional proseslərdə artan nüfuzunun və beynəlxalq səviyyədə qazandığı etimadın təsdiqi kimi qiymətləndirilə bilər.

Bu gün Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji və logistik mərkəz kimi qəbul edir. Çox həssas geosiyasi məkanda yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyini inkişaf etmiş nəqliyyat infrastrukturu ilə birləşdirərək regional sabitliyin və iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Bu, ölkənin strateji baxışının və uzunmüddətli inkişaf siyasətinin nəticəsidir.
Enerji sahəsində əməkdaşlıq tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropa Rusiyadan qaz tədarükündə yaranan problemlərlə üzləşdiyi dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış etdi. Həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına qaz ixracını 65 faiz artırması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Təsadüfi deyil ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür.

Azərbaycanla Aİ arasındakı tərəfdaşlıq yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də əməkdaşlığı genişləndirirlər. Ölkəmizin zəngin bərpaolunan enerji potensialı və Mərkəzi Asiya ölkələrinin resurslarının inteqrasiyası ilə Avropaya uzanan yeni yaşıl enerji dəhlizinin formalaşdırılması strateji əhəmiyyət daşıyır. Ursula Fon der Lyayenin enerji ilə yanaşı enerji konnektivliyi üzrə tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü də əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Avropa İttifaqı regionda dayanıqlı sülhün bərqərar olunmasına da dəstək verir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin gücləndirilməsi məqsədilə sərhədyanı ərazilər üçün 20 milyon avroluq yardım paketinin təklif edilməsi və iki ölkənin icmaları arasında sülhün iqtisadi faydalarına əsaslanan əməkdaşlıq gündəliyinin təşviqi bunun bariz nümunəsidir.

Hazırda isə Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə qurduğu balanslaşdırılmış xarici siyasət öz nəticələrini verir. ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji əməkdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlər Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun mühüm nəticələri kimi qiymətləndirilə bilər. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, ölkənin regional və qlobal proseslərdə rolunu daha da möhkəmləndirir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 308   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr