Ehsanın savabı mərhuma çatırmı? - Bu hallarda günaha batırıq

Ehsanın savabı mərhuma çatırmı? - Bu hallarda günaha batırıqİslamda ehsan: Mərhum üçün həqiqətən hansı əməllər faydalıdır?

İnsan yaxınını itirəndə ilk düşündüyü suallardan biri budur: "Onun üçün nə edə bilərəm?" Azərbaycanda bu sualın ən geniş yayılmış cavabı ehsan verməkdir. Kimisi süfrə açır, kimisi kasıblara yardım edir, kimisi isə Qurani-Kərim oxutdurur. Bəs İslam bu məsələyə necə yanaşır? Mərhum üçün verilən ehsan doğrudanmı ona fayda verir?

Lent.az-ın bu araşdırma məqaləsində yuxarıdakı suallara aydınlıq gətirməyə çalışacağıq.

Maraqlıdır ki, əslində islamda ehsanın mərhuma savab qazandırmadığı əksəriyyətə məlumdur. Amma yenə yas mərasimləri keçirilir. İslam alimlərinin böyük əksəriyyəti tərəfindən bildirilir ki, insan sağlığında faydalı olmalıdır, elə bir irs qoymalıdır ki, onun üçün edilən səmimi dualar ölümündən sonra da savab qazanmasına səbəb olsun. Bəs

Sədəqə verməyin mərhuma faydası varmı?

Ən çox müzakirə olunan məsələlərdən biri də budur. İslam alimlərinin böyük hissəsi mərhumun adına edilən sədəqənin ona savab qazandıra biləcəyini qəbul edir. Lakin burada mühüm bir məqam var, söhbət yalnız ehtiyacı olanlara yardım etməkdən, kasıbları sevindirməkdən və xeyriyyəçilik etməkdən gedir. Təmtəraqlı yas məclislərin təşkili isə tamamilə faydasız kimi qəbul edilir. Bu səbəbdən bir çox ilahiyyatçı bildirir ki, mərhumun adına bir ailənin ərzaqla təmin olunması, su quyusunun qazılması, məscidə, məktəbə və ya xəstəxanaya yardım edilməsi dini baxımdan daha faydalı xeyriyyə nümunələri hesab edilə bilər.

Yas sahibinə yemək verilməlidir, yoxsa mərhumun ailəsi ehsan versin?

Bu mövzuda diqqət çəkən məqamlardan biri də budur. Əslində İslamda yaxınlarını itirmiş ailəyə qonşuların və qohumların yemək aparmasının tövsiyə edilir.

3, 7, 40 və il mərasimləri haradan yaranıb?

Azərbaycanda və bir sıra müsəlman ölkələrində ən geniş yayılmış adətlərdən biri üçüncü, yeddinci, qırxıncı və il mərasimlərinin keçirilməsidir. Lakin Qurani-Kərimdə bu günlərin mütləq şəkildə qeyd olunmasına dair açıq göstəriş yoxdur. Tarixçilər hesab edirlər ki, bu tarixlərin bir hissəsi İslamdan əvvəlki xalqların yas ənənələri ilə əlaqədardır və sonrakı dövrlərdə yerli adətlərlə dini mədəniyyət bir-birinə qarışıb. Məhz buna görə bütün müsəlman ölkələrində bu mərasimlər keçirilmir. Məsələn, bəzi ərəb ölkələrində üçüncü və ya qırxıncı gün anlayışı geniş yayılmadığı halda, Azərbaycan, Türkiyə, Balkanlar və Orta Asiyanın bəzi bölgələrində bu ənənələr daha güclüdür.

Bir çox ilahiyyatçı bildirir ki, borca girərək böyük ehsan süfrələri açmaq, ailəni ağır maddi vəziyyətə salmaq və ya "el nə deyər?" düşüncəsi ilə israf etmək İslamda günah sayılır.

Ölüm və yas - bütün xalqların ortaq acısı

Tarixçilər bildirirlər ki, insanın ölümündən sonra müəyyən günlərdə onun xatirəsinin yad edilməsi İslamdan çox əvvəl də mövcud idi. Demək olar ki, bütün qədim sivilizasiyalar ölümü sadəcə həyatın sonu deyil, yeni mərhələnin başlanğıcı kimi qəbul edirdi. Qədim Misirdə insanlar ölən şəxsin ruhunun axirət həyatına hazırlaşdığına inanır, müəyyən günlərdə onun xatirəsini yad edirdilər. Roma imperiyasında ailələr ölən qohumlarını hər il xüsusi mərasimlə anırdı. Qədim Çində isə əcdadlara ehtiram məqsədilə müəyyən tarixlərdə qurban və yemək təqdim etmək adəti vardı. Türk xalqlarının qədim inanclarında da yas mərasimlərinin bir neçə mərhələdən ibarət olduğu, ailənin müəyyən müddət matəm saxladığı və tayfa üzvlərinin birlik nümayiş etdirdiyi barədə tarixi mənbələrdə məlumatlara rast gəlinir.

Ehsan yalnız İslamda yoxdur, dünya ölkələrində də mərhumun xatirəsinə yemək verilir

Yas mərasimləri təşkil etmək təkcə müsəlman cəmiyyətlərinə məxsus deyil. Dünyanın demək olar ki, bütün dinlərində və müxtəlif mədəniyyətlərində belə ənənələr var. Fərq ondadır ki, bəzi dinlərdə əsas diqqət dua və xeyriyyəçiliyə yönəlir, digərlərində isə ailənin və cəmiyyətin bir araya gəlməsi ön plana çıxır. Bəzi ölkələrdə yas süfrələri geniş təşkil edilir, bəzilərində isə sadə xatirə mərasimləri ilə kifayətlənilir.

Xristianlıqda yas süfrəsi varmı?

Bir çoxlarının düşündüyünün əksinə olaraq, xristian dünyasında da mərhumun xatirəsinə keçirilən yemək mərasimləri qədim tarixə malikdir. Pravoslav ənənəsində dəfn mərasimindən sonra ailə üzvləri və yaxınlar birlikdə xatirə süfrəsi arxasında toplaşırlar. Bu mərasim müxtəlif ölkələrdə fərqli adlarla tanınır. Bəzi pravoslav icmalarında mərhumun üçüncü, doqquzuncu və qırxıncı günlərdə də anılması ənənəsi mövcuddur. Katolik kilsəsində də ailə üzvlərinin bir araya gələrək mərhumu yad etməsi geniş yayılıb. Lakin burada əsas diqqət dua mərasimlərinə və xeyriyyəçiliyə yönəldilir. Protestant icmalarında qaydalar daha sadədir. Bir çox protestant kilsəsində dəfndən sonra ailənin yaxın çevrəsi ilə birlikdə keçirilən xatirə yeməyi sosial dəstək xarakteri daşıyır.

Yəhudilikdə mərhum necə yad edilir?

Yəhudilikdə yas mərasimləri olduqca sistemli şəkildə təşkil olunur. Dəfndən sonra ailəyə yaxınları tərəfindən xüsusi yemək gətirilməsi qədim ənənələrdən biridir. Bunun əsas məqsədi yas içində olan ailənin məişət yükünü azaltmaqdır. İlk yeddi günlük yas dövrü - "Şiva" - ərzində ailə evdən çıxmır, yaxınları onları ziyarət edir, birlikdə dua edir və yemək gətirirlər. Burada diqqət daha çox yas sahibinə mənəvi dəstək göstərilməsinə yönəlir.

Hinduizmdə mərhum üçün mərasimlər

Hinduizm ölüm mərasimlərinə ən geniş yer verən dinlərdən biridir. Mərhumun ruhunun rahatlıq tapması üçün müxtəlif mərasimlər keçirilir. Bunların arasında ən məşhuru "Şraddha" adlanan mərasimdir. Bu mərasim zamanı ehtiyacı olan insanlara yemək verilməsi, kahinlərin dəvət olunması və mərhumun ruhu üçün dualar edilməsi geniş yayılıb.

Buddizmdə ehsana bənzər ənənələr

Buddizmdə ölüm həyatın sonu deyil, yenidən doğuluş dövrünün bir hissəsi hesab olunur. Bu səbəbdən bir çox buddist ölkəsində mərhumun adına rahiblərə yemək verilməsi, məbədlərə ianələr edilməsi və kasıblara yardım göstərilməsi geniş yayılıb. Tayland, Şri-Lanka, Myanma və Kambocada ailələr mərhumun ruhuna savab qazandırmaq niyyəti ilə müxtəlif xeyriyyə tədbirləri təşkil edirlər.

Çin və Yaponiya adətləri

Şərqi Asiya ölkələrində mərhumun xatirəsinin yaşadılması min illərlə davam edən ənənədir. Çində ailələr müəyyən günlərdə əcdadlarının xatirəsinə yemək hazırlayır, onların şəkilləri qarşısında ehtiram göstərir və birlikdə dua edirlər. Yaponiyada "Obon" festivalı zamanı ailələr ata-babalarının ruhlarını yad edir, məzarları ziyarət edir və birlikdə yemək süfrəsi açırlar. Bu mərasimlər dini olmaqla yanaşı, ailə bağlarını gücləndirən mühüm sosial hadisələr hesab edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 543   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr