"Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildi

"Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildiBakı şəhərinin Lökbatan qəsəbəsində, "Lökbatan" dairəsinin yaxınlığında yerləşən "Dedi Qodu" kafesinin sahibi döyülüb.

Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Saatlı rayonunun Mircəlalkənd kəndində anadan olmuş Sənan Məmmədovun (soyad şərtidir) Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

İş materiallarına əsasən, Sənan Məmmədov dostları ilə birlikdə "Dedi Qodu" kafesinə gəlib. Yemək yedikdən sonra əlavə spirtli içki sifariş edib. Kafenin sahibi ona spirtli içki verməkdən imtina etdikdən sonra, saat 03:00 radələrində təqsirləndirilən şəxs E.R.-ni stulla vurub, kafedəki əşyalara ziyan vurub. Həmçinin yediyi yeməyin pulunu da ödəməyib.

Təqsirləndirilən şəxsin zərərçəkmişin burnunu sındırdığı bildirilir. Hadisədən 10-15 gün sonra isə o, tanışları ilə birlikdə yenidən E.R.-nin işlətdiyi kafeyə gəlib və obyektə ziyan vurub. Hadisələr nəticəsində kondisioner, qab-qacaq və oturacaqlar yararsız vəziyyətə düşüb. Bildirilir ki, Sənan Məmmədov tanışları ilə kafeyə gəldiyi vaxtlarda müştərilər obyekti tərk edirmiş.

Məhkəmədə zərərçəkmiş bildirib ki, hadisə baş verən gün kafedə müşahidə kamerası işləmədiyi üçün görüntülər qeydə alınmayıb. Onun sözlərinə görə, həmin vaxt kafedə Aynurə adlı ofisiant da olub. Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, lakin onun həbs olunmasını istəmədiyini, yalnız dəymiş zərərin ödənilməsini tələb etdiyini deyib.

Məhkəmənin hökmü ilə Sənan Məmmədov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalında həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 503   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr