Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinin imkan və perspektivlər

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinin imkan və perspektivlərDünya sürətlə dəyişir.İndiyə qədər ölkələrin gücü daha çox onun təbii sərvətləri,maliyyə və sair bu kimi imkanları ilə ölçülürdüsə,son vaxtlar rəqəmsallaşma,süni intellekt amilləri önə çıxmağa başlayıb.Bu istiqamətdə proselər o qədər sürətlə gedir ki,rəqəmsal transformasiya artıq seçim deyil, dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən həlledici amillərdən birinə çevrilib.

Bugünkü rəqəmsallaşma uzun illər dünyada formalaşmış münasibətləri çox yüksək sürətlə tamamailə fərqli bir müstəviyə daşıyır.Müasir dövrdə rəqəmsallaşma informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə yanaşı,həm də dövlət idarəçiliyinin, iqtisadiyyatın, milli təhlükəsizliyin və cəmiyyətin gələcək inkişaf modelini müəyyənləşdirən başlıca amillərdən biri hesab olunur.Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, bu proseslərdə rəqəmsallaşma daha çox alətdir.Proseslərin nəticələri isə innovasiyalarla ölçülür.Çünki məhz innovasiyalar əlavə dəyər yaradır,dövlətin və cəmiyyətin işini xeyli asanlaşdırır.Süni intellekt rəqəmsal inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib:prosesləri avtomatlaşdırır, qərarların qəbulunu sürətləndirir və böyük həcmli dataları dəyərli məlumatlara çevirir.Vətəndaşlara göstərilən xidmətləri optimallaşdırır,rəqəmsal transformasiyanı sürətləndirir və idarəetmədə çevikliyi təmin edir.Bu texnologiya iqtisadiyyatdan səhiyyəyə qədər bir çox sahədə effektivliyi kəskin şəkildə artırır.Ona görə də bu gün dünyanın aparıcı dövlətləri süni intellekt texnologiyalarına böyük investisiyalar yatırır, iqtisadiyyatın,təhsilin, nəqliyyatın və dövlət idarəçiliyinin müxtəlif sahələrində bu texnologiyaların tətbiqini genişləndirirlər.Sözügedən sahədəki inkişafdan geri qalmaq-iqtisadi və digər sahələrdə də geri qalmaq deməkdir.Ona görə də təbii ki,.Azərbaycan da u proseslərlə ayaqlaşmaqdan ötrü son illərdə sözügedən qlobal transformasiyanın fəal iştirakçısına çevrilib.Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib.Ölkəmiz bu yöndə yaranan çağırışlara dolğun şəkildə cavab verməkdən ötrü, qlobal texnoloji transformasiyalara qoşularaq rəqəmsal inkişaf və süni intellektin tətbiqi istiqamətlərinə fəaliyyətə başlayıb. Bu ilin fevralında "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq edildi.Ölkənin qarşıdakı üç il üçün rəqəmsal inkişaf strategiyasının hüquqi və institusional bazası formalaşdırıldı və Fəaliyyət Planı" bu ildən reallaşdırılmağa başlayıb.Bu strateji Plan rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə rəqəmsal inkişafın strateji əhəmiyyəti nəzərə alınaraq ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqini genişləndirmək,dövlət idarəetməsini rəqəmsallaşdırmaq və milli rəqabət qabiliyyətini gücləndirmək məqsədilə hazırlanıb.

Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir.Yəni Fəaliyyət Planı rəqəmsallaşma,süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə ümumilikdə 58 mühüm təşəbbüsü əhatə edir.Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunub. Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulub.Sənədin icrasını dəstəkləyən əsas amillər kimi infrastruktur, tənzimləmə, insan kapitalı və idarəetmə istiqamətləri müəyyən edilib Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır.Bu kontekstdə Fəaliyyət Planının əsas məqsədləri ölkəmizdə rəqəmsal idarəetmənin və iqtisadiyyatın rəqəmsal transformasiyasının sürətləndirilməsi; milli innovasiya ekosisteminin gücləndirilməsi və texnoloji sahibkarlığın inkişaf etdirilməsi;müasir texnologiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi; qabaqcıl texnoloji infrastrukturun qurulması və kibertəhlükəsizliyin təmin edilməsi; ölkə üzrə rəqəmsal inkişafın vahid arxitektura əsasında həyata keçirilməsinin,eləcə də elmi tədqiqatların təşviqi və nəticələrinin kommersiyalaşdırılmasının sürətləndirilməsi; müasir texnologiyaların istehsalı və tətbiqi sahəsində dövlət dəstəyinin artırılmasıdır.

Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinin və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinin əsasını təmin edir.Fəaliyyət Planının reallaşmasının gedişinə Rəqəmsal İnkişaf Şurası tərəfindən birbaşa nəzarət olunur. İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planının icra vəziyyəti,rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları,təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə olunub.Şuranın sədri Mehriban Əliyeva "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb və süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Fəaliyyət Planının icrası çərçivəsində rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində görülən işlər barədə məlumat verib.O bildirib ki, dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Rəqəmsallaşan dünyada ən ciddi çağırışların yarandığı sahələrdən biri qanunvericilik sahəsidir.Bu kontekstdə Şurada müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində müasir qanunvericilik bazasının formalaşdırılması məsələləri müzakirə olunub.Azərbaycan Prezidentin köməkçisi Şahmar Mövsümov Rəqəmsal İnkişaf Şurasının prioritetlərinə uyğun olaraq rəqəmsal inkişaf sahəsində genişmiqyaslı qanunvericilik islahatlarının hazırlandığını bildirib. O qeyd edib ki, islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir.Bu sahədəki islahatlar hüquqi müəyyənliyin təmini,rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.

Elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin rəqəmsallaşdırılması, elektron təhsil xidmətlərinin genişləndirilməsi və tədris prosesinin rəqəmsal transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib.Təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi,təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunulub.Növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğu bildirilib.Həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar","STEAM Azərbaycan" layihələri barədə məlumat verilib.Bu istiqamətin insan kapitalının inkişafının təmin edilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulanıb.

Azərbaycanın rəqəmsal inkişaf sahəsində optimal müddətdə yaxşı nəticələrə nail olmaq üçün ilkin şərtlər baxımından bir sıra üstünlükləri vardır. Həmin üstünlüklər ilə "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlər kompleksinin effektiv kombinasiyasına nail olmaqla, Fəaliyyət Planının sistemli,dolğun və davamlı şəkildə həyata keçirilməsi təmin edilsə,Azərbaycanın innovasiya əsaslı iqtisadi modelə keçid sürətlənəcək və ölkəmiz Cənubi Qafqazın rəqəmsal transformasiya və süni intellekt sahəsində aparıcı dövlətinə və regional texnologiya mərkəzinə çevriləcək.Ölkəmizin regionda öncül mövqeyə çıxması beynəlxalq reytinqlərdə mövqeyimizin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına səbəb olacaq.Azərbaycanın rəqəmsallaşdırmaq və innovasiya mühitində təkcə istehlakçı yox,həm də istehsalçı kimi zəruri addımlar atmasına güclü zəmin yaradacaq.Böyük həcmli dataların dəyərli məlumatlara çevrilməsi, qərarların qəbulunu sürətlənəcək, idarəetmədə çevikliyi artacaq. Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının,rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı,rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcəkdir. İqtisadiyyatımızda müasir texnologiyaların tətbiqinin genişlənməsi rəqabətqabiliyyətli iş yerlərinin dairəsini genişləndirəcək,yerli istehsal potensialını artıracaq,yerli istehsalın dairəsi artacaq.

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 582   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr