Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO

Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEOBu gün saat 08:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar çağırış qeydə alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən 1 nəfər də (qadın) xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

11:46

Bakıda evdə baş verən partlayışın təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Ümid Ələkbərov küçəsindəki ikimərtəbəli evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

İkimərtəbəli ev bir nəfərə məxsus olsa da, bir müddət əvvəl evi 4 ailəyə satıblar. Partlayış baş verən mənzildə ölən və xəsarət alanlar isə bir ailənin üzvləri olublar. Evdə ana və 3 övladı yaşayırmış. Ailə bir ay əvvəl evə köçübmüş.

Partlayış baş verən zaman ailə üzvləri yatmış vəziyyətdə olublar. Partlayış nəticəsində 4 nəfərin hamısı dağıntılar altında qalıb. Onlardan 3 nəfəri sağ çıxarılsa da, bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

11:33

Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, ölən şəxs 2010-cu il təvəllüdlü Zəhra Pərvin qızı İsrafilovadır.

Hadisə zamanı evdə 4 nəfər - ana və 3 övladı olub. Z.İsrafilova partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.

Ailənin daha bir üzvü isə dağıntılar altından sağ çıxarılıb.

11:25

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində partlayış baş verən evə tamamilə yararsız vəziyyətə düşüb.

Oxu.Az həmin evdən görüntüləri təqdim edir:


10:39

Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3902   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər

6 sentyabr
.

Məşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi

5 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr
.

Kirayə avtomobillə drift edən sürücüyə 140 min cərimə - VİDEO

İstanbulun Başakşehir rayonunda kirayə götürdüyü avtomobillə drift edən sürücü polis tərəfindən müəyyən edilərək cəzalandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. 34 KOT 241 dövlət nömrə nişanlı avtomobilin drift etdiyi anlar lentə alınaraq sosial qrupa göndərilib

8 sentyabr
.

Sürücülük vəsiqəsini 20 gün əvvəl almışdı: 18 yaşlı gənc motosiklet qəzasında öldü - VİDEO

Türkiyənin Antalya şəhərində motosiklet qəzası 18 yaşlı Mehmet Ege Sulanın həyatına son qoyub. Gəncin sürücülük vəsiqəsini cəmi 20 gün əvvəl aldığı məlum olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Muratpaşa rayonunun Kızılsaray məhəlləsində, Tonguç prospektinin Tonguç yeraltı keçidində gec

14 sentyabr
.

Tərtərdə istixana işçisi güllələndi

Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb

7 sentyabr
.

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı "Chevrolet" markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmaya

5 sentyabr
.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr