Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - VACİB DETALLAR AÇIQLANDI
Dünyanın bir sıra ölkələrində vətəndaşların yığılmış pensiya kapitalını müəyyən şərtlər daxilində vaxtından əvvəl və ya təqaüdə çıxan kimi birdəfəlik əldə etməsi təcrübəsi geniş yayılıb. Xüsusilə sosial təminat sistemləri inkişaf etmiş dövlətlərdə fərqli təbəqələrdən olan insanların bu vəsaitlərdən vaxtından əvvəl müxtəlif məqsədlər üçün yararlanmasına hüquqi zəmin yaradılır.
Bəs analoji təcrübənin ölkəmizdə də tətbiq edilməsi nə dərəcədə realdır? Azərbaycanda mövcud olan pensiya modeli və qanunvericilik bazası vətəndaşlara öz yığımlarını vaxtından əvvəl, yaxud pensiya yaşı çatan kimi birdəfəlik götürməyə imkan verirmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nəzəri olaraq belə bir sistemin tətbiqi mümkündür. Amma onun sözlərinə görə, hazırda ölkə qanunvericiliyində bu, nəzərdə tutulmayıb. Müsahibimiz bildirib ki, Azərbaycan fərqli bir pensiya sistemini əsas götürüb - həmrəylik prinsipi:
"Yəni indiki işləyənlər hazırda pensiyada olan şəxslərin pensiyasını ödəyirlər. Çatışmayan vəsait isə dövlət büdcəsindən qarşılanır. Ölkədəki mövcud vəziyyət belədir ki, hazırda işləyənlərin pensiya fonduna etdiyi rüsumlardan tutulan məbləğlər indiki pensiyaçıların pensiyasını tam təmin etməyə çatmır. Qalan hissəni dövlət özü ödəməlidir. Ona görə də hələ bizdə elə bir dayanıqlı pensiya sistemi və pensiya artıqlığı (profisiti) yoxdur ki, kimsə pensiyaya çıxmamışdan qabaq öz pensiyasını geri götürə bilsin".
Xalid Kərimli: İndiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da
Ekspertin dediyinə görə, gələcəkdə alternativ modellərin yaradılması planlaşdırılır:
"Hazırda "Özəl pensiya fondları haqqında" qanunun çıxarılması barədə fikirləşirlər. Kim istəyirsə, əlavə ödəniş eləməklə gələcəkdə bu fondlardan yararlana biləcək. Hələ ki qanun qüvvəyə minməyib. Yalnız o zaman özəl pensiya fondlarında, pensiyaya çıxmamışdan qabaq vəsaitin idarə olunması ilə bağlı müəyyən şərtlər qoyula bilər".
"Şəxs dünyasını dəyişəndə vəsaitin varisliyə keçməsi və ya pensiyaya çıxanda indiki sistemdən fərqli olaraq daha çevik şəkildə istifadə edilməsi mexanizmləri reallaşa bilər. Lakin indiki icbari pensiya sistemində bu addım nəzərdə tutulmayıb və tutulmayacaq da", - deyə Xaliq Kərimli əlavə edib.\\bakivaxtı.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1099 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrKarantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrDSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər
15 sentyabr