Bank kartından istifadə ilə bağlı YENİ VƏZİYYƏT: MƏHDUDLAŞDIRILACAQ?

Bank kartından istifadə ilə bağlı YENİ VƏZİYYƏT: MƏHDUDLAŞDIRILACAQ?Son dövrlərdə bank kartları ilə bağlı yaşanan problemlər, o cümlədən kartlardan vəsaitin əsassız silinməsi, köçürmə əməliyyatlarından sonra kartların bloklanması və bank sistemlərində baş verən texniki nasazlıqlar elektron ödənişlərə olan etimada mənfi təsir göstərib. Xüsusilə son texniki problem nağdsız ödənişlərin etibarlılığı ilə bağlı narahatlığı daha da artırıb.

Baş verən texniki nasazlıqdan sonra vətəndaşlar nağd ödənişlərə daha çox üstünlük verə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ümumiyyətlə, nağd və ya kartla ödəniş məsələsini bir fetişə çevirmək düzgün deyil:

"Həm nağd manat, həm də bank kartı ilə ödəniş Azərbaycanda tam qanuni ödəniş vasitələridir. Buna görə də hər bir vətəndaş öz ehtiyacına və rahatlığına uyğun seçim etməlidir. Yəni istəsə nağd ödəsin, istəsə də bank kartından istifadə etsin".

N.Cəfərli vətəndaşların narahatlığı məsələsinə də toxunub:

"Son dövrlərdə bank sistemlərində müşahidə olunan texniki nasazlıqlar və fasilələr bəzi insanlarda narahatlıq yaradıb. Belə hallar baş verdikdə kartla ödəniş etmək və ya vəsaitə çıxış əldə etmək çətinləşə bilir. Bu da müəyyən vətəndaşların vəsaitlərinin bir hissəsini nağd şəkildə saxlamağa üstünlük verməsinə səbəb ola bilər. Əgər bu cür texniki problemlər təkrarlanarsa, nağd ödənişlərin həcminin müəyyən qədər artması tamamilə mümkün görünür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 121   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021