Azərbaycanda ən çox BU XƏSTƏLİK CAN ALIR
Azərbaycanda əhali arasında qeydə alınan ölüm hallarının əsas səbəbləri məlum olub. Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi hesabatlarına istinadən aparılan təhlillər göstərir ki, ölkədə ölüm göstəricilərində müsbət dinamika - azalma meyli müşahidə olunsa da, bəzi xəstəliklər hələ də ölüm səbəbləri arasında ilk sıralardakı yerini qoruyur.
Metbuat.az xəbər verir ki, rəsmi məlumatlara görə, ötən il ölkədə ümumilikdə 58 909 ölüm halı qeydə alınıb. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub. Əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalı azalaraq 5,9-dan 5,8-ə düşüb.
Statistik göstəricilər birmənalı şəkildə təsdiqləyir ki, azərbaycanlılar ən çox qan dövranı sistemi xəstəliklərindən (ürək-damar xəstəlikləri, infarkt, insult) dünyasını dəyişir. Belə ki, ötən il ölənlərin yarıdan çoxu məhz bu problemin qurbanı olub. Qan dövranı xəstəlikləri səbəbindən dünyasını dəyişənlərin 17 119 nəfərini kişilər, 16 170 nəfərini isə qadınlar təşkil edib.
Rəsmi məlumatllara görə, ikinci yerdə xərçəng gəlir. Xərçəng şişi xəstəlikləri hələ də təhlükəli bəla olaraq qalır. İl ərzində 9 681 nəfər məhz onkoloji xəstəliklər səbəbindən həyatını itirib.
Səhiyyə qurumlarının birgə hesabatlarında ölüm hallarına təsir edən digər əsas amillər və xəstəliklər arasında travmalar, zəhərlənmələr və xarici səbəblər (bədbəxt hadisələr, qəzalar) öncüllük təşkil edir. Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərdən 2 714 nəfər vəfat edib. Həminin 1 964 nəfər həzm sisteminin xəstəliklərinin, 1450 nəfər isə tənəffüs sistemi xəstəliklərinin qurbanı olub.
Ən az ölüm halı isə bəzi infeksion və parazitar xəstəliklər səbəbindən (cəmi 554 nəfər) qeydə alınıb.
TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri vurğulayırlar ki, qan dövranı və tənəffüs sistemi xəstəliklərinin vaxtında aşkarlanması üçün əhalinin mütəmadi olaraq profilaktik icbari tibbi müayinələrdən keçməsi həyati əhəmiyyət daşıyır. Vaxtında qoyulan diaqnoz bu qorxulu statistikanın xeyli azalmasını təmin edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1733 Tarix: 05 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrKarantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrBakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrDSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər
15 sentyabr