"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"

"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz""Əsildə bu, mənim mövzum deyil, amma yazığım gəlir bəzilərinə. Yaxşılardan uzaq, yazığım gəlir. Məhv olmuş cəmiyyət, beyinlər, insanlar, tərbiyəsizləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Nə vaxtsa cavab verəcəksiniz, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz, kim kimə cavab verəcək? Siz özünüzə?".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə deyib. Video yayımlayan sənətçi son günlər sosial şəbəkədə müzakirə olunan mövzulara münasibət bildirib. Ad çəkməyən Qafarzadə sərt sözləri işlədib:

"Dediklərim 10-20 faiz yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa biri xanımlarınızı qarşısında oynadır, uşaqlarınız rəqs edir. Özünü tanımayanlar gəlib sizi meymun kimi oynadır qabağında. Tərbiyəsizi, hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verənləri qəhrəman edib bu xalqın gözünə soxanlar, utanın. Əgər bir az utanma hissiniz varsa... Biz kimi müdafiə edirik? Kimi? Utanıram sizdən, utanırıq sizdən. Düzdür, biz də pak deyilik, hər insanın bir günahı var. Amma bizim günahlar haradasa bağışlanmalıdır, sizinkini heç vaxt, nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Kim ki, mədəniyyətsizliyi, mənaviyyatsızlığı təbliğ edirsə, siz onun dostusunuz. Yazıq sizlərə. Diriykən ölmüşlər, diriykən lənətlənmişlər, diriykən cəhənnəmə düşmüşlər. Sosial şəbəkələr sizin iç üzünüzü açdı, nəyə qadir olduğunuz ortaya çıxdı. Allahın yadından çıxmış bəndələr".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1089   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO

Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs

3 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib. yerli KİV-ə istinadla xəbər verir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 51 yaşl

27 sentyabr
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11 oktyabr
.

Dünyaca məşhur aktyordan Hande Erçelə sürpriz həmlə!

"Elite" serialındakı Ander Muñoz rolu ilə dünya şöhrəti qazanan ispan aktyor Arón Piper türkiyəli aktrisa Hande Erçeli İnstaqramda izləməyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Piperin bu addımı sosial mediada diqqət çəkib. İki aktyorun indiyədək birlikdə çalışdığı məlum layih

29 sentyabr
.

İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"

"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar

6 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29 sentyabr
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

1 oktyabr