"Hüquqi dövlətin inkişafı üçün vətəndaşların öz hüquq və vəzifələrini bilməsi mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT
"İnsan hüquq və azadlıqlarının müdafiəsi demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin olunur. Hər bir şəxsin yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, fikir və söz azadlığından istifadə etmək, vicdan azadlığı, mülkiyyət hüququ, qanun qarşısında bərabərlik və digər fundamental hüquqları Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən qorunur. Bu hüquq və azadlıqların etibarlı təmin olunması cəmiyyətdə ədalətin, sabitliyin, hüququn aliliyinin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, hüquqi dövlətin inkişafı üçün vətəndaşların öz hüquq və vəzifələrini bilməsi mühüm əhəmiyyət kəsb edir:
"Hüquqi savadlılıq insanların qanunlara hörmətlə yanaşmasına, hüquqlarını qanuni yollarla müdafiə etməsinə və ictimai həyatda daha fəal iştirak etməsinə şərait yaradır. Bu məqsədlə ölkədə hüquqi maarifləndirmə tədbirləri keçirilir, təhsil müəssisələrində hüquqi biliklərin tədrisinə diqqət yetirilir, kütləvi informasiya vasitələri və televiziya kanalları vasitəsilə əhali arasında maarifləndirmə işi aparılır.
Vətəndaşların siyasi mədəniyyətinin yüksəldilməsi də demokratik cəmiyyətin inkişafı üçün vacib amillərdəndir. Siyasi mədəniyyət insanlarda dövlətə, qanunlara və demokratik dəyərlərə hörmət hissini gücləndirir, onların ictimai proseslərdə məsuliyyətli davranmasına kömək edir. Vətəndaşlar seçkilərdə iştirak etməklə, ictimai müzakirələrə qoşulmaqla, könüllülük fəaliyyətində və müxtəlif sosial layihələrdə iştirak etməklə cəmiyyətin inkişafına öz töhfələrini verə bilərlər. Seçkilərdə iştirak etmək hər bir vətəndaşın konstitusion hüququ olmaqla yanaşı, həm də yüksək vətəndaş məsuliyyətinin göstəricisidir.
.
Eyni zamanda, demokratik cəmiyyət anlayışı heç də özbaşınalıq və ya anarxiya demək deyildir. Demokratiya ilk növbədə qanunun aliliyinə, insan hüquqlarına hörmətə, qarşılıqlı məsuliyyətə və ictimai nizamın qorunmasına əsaslanır. Hər bir vətəndaş öz hüquqlarından istifadə edərkən digər insanların hüquq və azadlıqlarına hörmət etməli, qanunvericiliyin tələblərinə əməl etməlidir".
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusuna uyğun olaraq dərc edilir.
Aysel Yusifqızı

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır