"Media və Yayım Şurası yaradılmasında məqsəd media sahəsində idarəetmədə vahid tənzimləməni təmin etməkdir" - Emil Əkbərov

"Media və Yayım Şurası yaradılmasında məqsəd media sahəsində idarəetmədə vahid tənzimləməni təmin etməkdir" - Emil Əkbərov"Rəqəmsal ekosistemin yaratdığı yeni reallıq medianın iqtisadi müstəqilliyinin təmin olunması üçün daha çevik və kollegial idarəetmə mexanizmlərinə ehtiyac yaradır".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, milli informasiya təhlükəsizliyinin qorunması üçün olduqca vacibdir. Bu ehtiyac Azərbaycanda media idarəçiliyinin yeni modelə keçidini aktuallaşdıran əsas amillərdən biri idi:

"Bilirsiniz ki, Azərbaycanda media sahəsində idarəetməni təkmilləşdirmək və vahid tənzimləməni təmin etmək məqsədilə Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın bazasında Media və Yayım Şurası yaradılır. Yeni qurumun yaradılması ilə bağlı qanun layihələri Milli Məclisdə müzakirə edilərək qəbul edilib. Məqsəd isə media və yayım sahəsində fəaliyyəti tənzimləmək, şəffaflığı artırmaq və institusional islahatları davam etdirməkdir. Bilirsiniz ki, Dəyişikliklərə görə, media savadlılığının artırılması, xarici media subyektlərinin filial və nümayəndəliklərinin fəaliyyəti, Media Reyestrinin aparılması, jurnalist vəsiqələrinin verilməsi və media subyektlərinin reyestrə daxil edilməsi ilə bağlı səlahiyyətlər Şura tərəfindən həyata keçiriləcək.Eləcə də Media Reyestrinə daxil olmaq istəyən çap və onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər birbaşa Şuraya müraciət edəcəklər".

Emil Əkbərov vurğulayıb ki, Media və Yayım Şurası yaradılmasında əsas məqsəd isə media və yayım sahələrində səlahiyyətli dövlət orqanlarını vahid mərkəzdə birləşdirərək işin səmərəliliyini artırmaq, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və inkişafı üçün tədbirlər görmək, xarici media subyektlərinin nümayəndəliklərinin tənzimlənməsini təmin etmək və Media Reyestrinin idarə olunmasını həyata keçirmək və ən önəmlisi isə cəmiyyətdə media savadlılığının səviyyəsini yüksəltməkdir:

"Ancaq düşünürəm ki, Azərbaycanda media sahəsində planlaşdırılan dəyişikliklər yalnız struktur islahatları deyil. Həm də informasiya təhlükəsizliyi, peşəkar jurnalistika, milli media məhsullarının inkişafı və beynəlxalq informasiya rəqabətində mövqelərin gücləndirilməsi kimi bir-biri ilə əlaqəli məqsədləri özündə birləşdirən genişmiqyaslı prosesidir. Bütün bu atılan addımlar və yeni qanunun qəbul edilməsində əsas hədəf müasir çağırışlara cavab verən, iqtisadi cəhətdən dayanıqlı, ictimai etimad qazanan və milli maraqları effektiv şəkildə müdafiə edə bilən media sisteminin formalaşdırılmasıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 331   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr