"Rəqəmsallaşmada mühüm hədəflərdən biri vətəndaşa onun məlumatları əsasında fərdiləşmiş xidmətlərin göstərilməsidir" - DEPUTAT

"Rəqəmsallaşmada mühüm hədəflərdən biri vətəndaşa onun məlumatları əsasında fərdiləşmiş xidmətlərin göstərilməsidir" - DEPUTAT"Bugün vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün mobil telefonunda bir neçə mobil tətbiqdən istifadə edir. Bəzən xidmətləri hansı tətbiqdən alacağını müəyyən etməkdə çətinlik çəkir. Dövlət xidmətlərini vətəndaşlara və bizneslərə daha yaxın etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, proseslərin şəffaflığını və vətəndaş məmnuniyyətini təmin etmək məqsədilə "mygov" və "mygov biznes" platformaları üzərində işlər davam etdirilir.
Belə ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya ediləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xidmət edəcək".

Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib, vətəndaşlara münasibətdə dövlət xidmətlərinin təqdim edilməsində əsas hədəf pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş ekosistemə keçiddir:

"Bu məqsədlə bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformaları vasitəsilə təqdim olunacaq. Artıq bu prosesə başlanılmışdır. Qısa müddət ərzində "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə "mygov" üzərindən təqdim edilməsi planlaşdırılır.

Rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri tətbiqlərin inteqrasiyası ilə yanaşı, hazırda rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlıdır. Planın uğurlu icrası nəticəsində proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəflənir. Bu yanaşma çərçivəsində bəzi xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. Eyni zamanda, "Yalnız bir dəfə" prinsipinin tətbiqi ilə təkrar sənəd tələbi minimuma endirilərək bürokratik maneələr aradan qaldırılacaq".

Deputat vurğulayıb ki, artıq yaşa görə əmək pensiyası təyin edilərkən vətəndaşın ayrıca müraciət etməsinə ehtiyac qalmır:

"Müvafiq şərtlər ödənildikdə dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında pensiya proaktiv qaydada təyin olunur. Eyni yanaşma uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsində də tətbiq olunacaq. Doğum faktı dövlət sistemlərində qeydə alındıqdan sonra valideynin əlavə sənəd təqdim etməsinə və ya müraciət etməsinə ehtiyac olmadan müvafiq ödəniş proaktiv şəkildə həyata keçiriləcək.
Vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmazdan əvvəl avtomatik şəkildə məlumatlandırılacaqlar. Bu, sənədlərin vaxtında yenilənməsini asanlaşdıracaq və əlavə inzibati çətinliklərin qarşısını alacaq.

Səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışlar da rəqəmsal formada həyata keçiriləcək. Müvafiq şəxslər dövlət informasiya sistemləri vasitəsilə vaxtında məlumatlandırılacaq və çağırış prosesi daha operativ və şəffaf şəkildə təşkil olunacaq.

Əsas məqsəd vətəndaşın dövlət xidmətlərinə məsafədən çıxışını təmin etmək, bu xidmətlərin vətəndaş müraciəti olmadan, proaktiv təqdim edilməsinə nail olmaqdır.

Son üç ayda bu istiqamətdə əldə edilmiş bəzi nəticələr:

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət tam şəkildə "mygov" üzərindən həyata keçirilə bilir. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi, passport kimi sənədlərin əldə edilməsi və dəyişdirilməsini də tam şəkildə mygov üzərindən etmək mümkün olacaq.

Artıq ali təhsil müəssisələrinə qəbul olan şəxslər qeydiyyatı onlayn tamamlaya bilər (cəmi ~75 min nəfər). Həmçinin, övladlarını məktəbəqədər təhsil müəssisələrinə qəbul etdirmək istəyən 225 min validyen də bunu "mygov" veb üzərindən edə biləcək.

Ədliyyə Nazirliyi üzrə notariat xidmətləri olan azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi, eləcə də tərcümə sənədlərinin təsdiqi mygov üzərindən aparılması mümkün olan yeni xidmətlərdir.Bütün bunların nəticəsində "mygov" platformasından istifadənin sürətlə artdığını müşahidə edirik: son 3 ay ərzində istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksələrək 30 faiz artıb".

Deputat söyləyib ki, rəqəmsallaşma istiqamətində digər mühüm hədəf vətəndaşa onun məlumatları əsasında fərdiləşmiş xidmətlərin göstərilməsi ilə bağlıdır:

"Bugün ayrı-ayrı dövlət qurumlarında vətəndaş haqda fərqli formatlarda toplanılan məlumatlar vətəndaşa fərdiləşmiş xidmətlərin göstərilməsini əngəlləyir. Bu məqsədlə, dövlətə məxsus datanın dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edən mərkəzləşdirilmiş dövlət məlumat hövzəsinin (data lake) yaradılması istiqamətində işlərə başlanılmışdır. Bu platforma dövlət qurumlarında toplanan məlumatlara analitika və süni intellekt texnologiyalarının tətbiqi ilə vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyən etməyə, ona fərdiləşdirilmiş və proaktiv xidmətlərin göstərilməsinə imkan verəcək.
Dövlətlə biznes arasında vahid pəncərə rolunu oynayacaq "mygov Biznes" platforması isə artıq test mühitində uğurla yoxlanılıb və bir sıra dövlət qurumlarının xidmətlərinin platformaya inteqrasiyasına başlanılıb. Bu platforma sahibkarlar üçün bütün dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsini təmin edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 368   Tarix: 06 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr