Kimlər daha tez pensiyaya çıxa bilər?
"Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları haqqında" Qanunla təsbit olunub".
"Qafqazinfo" xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-cu maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir:
"Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlil uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar, bu hüquqdan kişilər istifadə etdikdə isə atalar 60 yaşında pensiyaya çıxır.
Qanunun 9-cu maddəsinə güzəştli şərtlərlə pensiya hüququ qazanan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır".
Deputat qeyd edib ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər:
"Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları var.
Bütün bunlarla yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni də aktuallaşdırır. Bu, tək qadınlar daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 350 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrOnlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabr