"Media və Yayım Şurasının yaradılması media idarəçiliyində yeni institusional mərhələnin başlanğıcıdır" - Bəhruz Quliyev
"Media və Yayım Şurasının yaradılması Azərbaycanın media idarəçiliyində yeni institusional mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu addım ilk növbədə media və yayım sektorunda vahid koordinasiya mexanizminin formalaşdırılmasına, qərarların daha operativ qəbul edilməsinə və idarəetmənin optimallaşdırılmasına xidmət edir."
Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, müasir dövrdə informasiya məkanı sürətlə dəyişir, rəqəmsal platformaların inkişafı isə media siyasətinə yeni yanaşmalar tələb edir. Belə şəraitdə vahid mərkəzdən idarəetmə təkcə inzibati üstünlük deyil, həm də strateji zərurətdir. Bu model televiziya, radio, rəqəmsal yayım və digər media seqmentləri arasında koordinasiyanı gücləndirəcək, normativ-hüquqi tənzimləmənin daha çevik həyata keçirilməsinə imkan verəcək.
"Eyni zamanda, idarəetmənin optimallaşdırılması resurslardan daha səmərəli istifadəyə, təkrarlanan funksiyaların aradan qaldırılmasına və dövlət-media münasibətlərində institusional çevikliyin artırılmasına şərait yaradacaq. Bu, həm media subyektlərinin fəaliyyətinə dəstəyin gücləndirilməsi, həm də informasiya təhlükəsizliyi, peşəkarlıq standartları və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, Media və Yayım Şurasının fəaliyyəti təkcə inzibati dəyişiklik deyil, həm də Azərbaycan mediasının yeni inkişaf mərhələsinə keçidini təmin edəcək mühüm islahatdır. Bu qurumun effektiv fəaliyyəti media mühitində sağlam rəqabətin, peşəkar jurnalistikanın və müasir yayım standartlarının daha da möhkəmlənməsinə, ölkənin informasiya siyasətinin vahid strateji xətt üzrə həyata keçirilməsinə mühüm töhfə verəcək."-deyə, B.Quliyev əlavə edib.
Media və Yayım Şurasının yaradılması media idarəçiliyində yeni institusional mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır