Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
Bakıda taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Kazım Hüseynov (ad-soyad şərtidir - red.) tanış olduğu xanım sərnişini şantaj edib.
"Qafqazinfo"nun məlumatına görə, Kazımla məktəb-liseydə ingilis dili müəllimi işləyən Lalə (ad şərtidir - red.) tanış olduqdan sonra aralarında münasibət yaranıb.
İş materiallarında yazılır ki, Kazımla Lalə əvvəl yaxın əlaqədə olub, hətta evlənmək qərarına gəliblər. Lakin onların arasındakı sıx münasibət sonradan nifrətə çevrilib.
İttihama görə, Kazım Lalədən 50 min manat pul tələb edib. Pulu verməyəcəyi halda isə telefonunda saxladığı rüsvayedici fotolarını yayacağı ilə hədələyib. İş o yerə çatıb ki, təqsirləndirilən şəxs Lalənin işlədiyi liseyə gedərək direktora onunla birlikdə çəkdirdikləri qeyri-etik fotoları göstərib.
İstintaq zamanı direktor özü də ifadə verib. Direktorun sözlərinə görə, Kazım ona Lalə müəllimlə birlikdə qeyri-etik şəkillərinin olduğunu, dediyini etməyəcəyi halda həmin fotoları yayacağını deyib. Bir qədər sonra isə onun yarıçılpaq şəkillərini liseyin "qaynar xətt" nömrəsinə göndərib. Elə bu hadisədən sonra Lalə ərizə yazaraq işdən çıxıb.
Zərərçəkmişin şikayətindən sonra K.Hüseynov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb.
Lalə baş verənləri təsdiqləsə də, Kazım məhkəmədə onu şantaj etdiyini boynuna almayıb. Təqsirləndirilən şəxs ifadəsində Lalədən sadəcə 100 manat borc istədiyini deyib.
Yekunda Bakı Ağır Cinayətlər Məhkəməsi Kazım Hüseynovu ittiham üzrə təqsirli bilib.
Hökmə əsasən, o, 6 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 670 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrOnlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA
Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın
15 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabr