Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider
"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib.
Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlər yaşadıqları şəhərdə özlərini nə dərəcədə rahat və xoşbəxt hiss etdiklərini qiymətləndiriblər.
Sorğu zamanı iştirakçılardan şəhərin onları xoşbəxt edib-etmədiyi, digər yerlərlə müqayisədə burada özlərini daha xoşbəxt hiss edib-etmədikləri, ətrafdakı insanların müsbət münasibəti, gündəlik şəhər həyatının onlara sevinc gətirib-gətirmədiyi və son dövrlərdə ümumi xoşbəxtlik hissinin artıb-artmadığı barədə fikirləri öyrənilib.
Nəticələr təhlil edildikdən sonra reytinqə hər ölkədən yalnız bir şəhər daxil edilib ki, siyahı dünyanın müxtəlif regionlarını əhatə etsin.
Reytinqə İngiltərənin Bat şəhəri başçılıq edib. Təxminən 80 min əhalisi olan şəhər Londondan 150 kilometr qərbdə yerləşir. Araşdırmaya görə, şəhər sakinlərinin 93 faizi Batın onları xoşbəxt etdiyini bildirib.
Nəşr qeyd edir ki, şəhər qədim Roma hamamları ilə məşhurdur və "Bath" sözü ingilis dilində "hamam" mənasını verir. Burada həmçinin XVIII əsrə aid çoxsaylı memarlıq abidələri qorunub saxlanılıb.
Reytinqdə ikinci yeri Mərkəzi Amerikada yerləşən Panama dövlətinin paytaxtı Panama şəhəri tutub.
İlk üçlüyü isə zəngin mədəni həyatı, qastronomiyası və qarşılıqlı dəstək mühiti ilə yüksək qiymətləndirilən Meksikanın Qvadalaxara şəhəri tamamlayıb.
Dünyanın ən xoşbəxt 20 şəhəri
1. Bat, Böyük Britaniya;
2. Panama, Panama;
3. Qvadalaxara, Meksika;
4. Medellin, Kolumbiya;
5. Krakov, Polşa;
6. Caypur, Hindistan;
7. Çikaqo, ABŞ;
8. Keyptaun, Cənubi Afrika;
9. Şanxay, Çin;
10. Yöteborq, İsveç;
11. Monreal, Kanada;
12. San-Paulu, Braziliya;
13. Valensiya, İspaniya;
14. Praqa, Çexiya;
15. Melburn, Avstraliya;
16. Kuala-Lumpur, Malayziya;
17. Hamburq, Almaniya;
18. Porto, Portuqaliya;
19. Amsterdam, Niderland;
20. Çianq May, Tayland.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 788 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb
Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrKanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni
16 sentyabr"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir
ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı
13 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrAzadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16 sentyabrBritaniyada inflyasiya son 5 ayın maksimumuna çatıb
Böyük Britaniyada illik inflyasiya avqust ayında 3,1%-ə yüksəlib. xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsinin hesabatında deyilir. Bu, son beş ayda ən böyük artımdır və iyul ayındakı 2,9% artımı da üstələyir. İstehlak qiymətlərinin artımının əsas səbəbi, Yaxın Şərqdə yenidən başlaya
16 sentyabr