Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb
Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina Lenta.ru nəşrinə verdiyi müsahibədə danışıb.
Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdarda - gündə iki-üç fincandan artıq qəhvə içmək qan təzyiqinin kəskin yüksəlməsinə və nəbzin sürətlənməsinə səbəb ola bilər. O, həmçinin xəbərdarlıq edib ki, stres və ya yuxusuzluq fonunda kofeinlə siqaretin birlikdə qəbulu xüsusi təhlükə yaradır: bu, qaçılmaz olaraq qan təzyiqinin kəskin artmasına və taxikardiyaya gətirib çıxarır.
Valentina Baydina qeyd edib ki, dərman qəbul edən hipertoniklər qan təzyiqləri stabil olduğu halda gündə bir fincan orta tündlükdə qəhvə içə bilərlər:
"Əgər səhər qan təzyiqi göstəriciləri bir qədər yüksək olursa və gün ərzində normala qayıdırsa, o zaman qəhvəni günün ikinci yarısına keçirmək olar. Eyni zamanda, qəhvəni südlə içmək daha məqsədəuyğundur: süd içkini durulaşdırır və qan damarlarına olan sərt təsirini azaldır", - deyə həkim məsləhət görüb.
Valentina Baydina əlavə edib ki, nəzarət olunmayan hipertoniyası olanlar, tez-tez təzyiqi yüksələnlər və ürək döyüntüsü sürətli olan insanlar qəhvədən tamamilə imtina etsələr, daha yaxşı olar. Həkim onu da izah edib ki, atmosfer təzyiqinin dəyişməsi səbəbindən sağlamlıq göstəricilərinin qeyri-sabit olduğu yaz və payız aylarında xüsusilə ehtiyatlı olmaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 393 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrSi Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini
13 sentyabrBu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrHörmüz boğazında tanker vuruldu: Ölən var
Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd
13 sentyabrBu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabr