"Cənab prezident İlham Əliyevin Forumdakı çıxışı onun necə müdrik, uzaqgörən və dahi lider olduğunu sübut edir" - Emil Əkbərov
Şuşa Qlobal Media Forumu Azərbaycanın təşəbbüsü ilə hər il keçirilən beynəlxalq media platformasıdır. Forumun əsas məqsədi jurnalistləri, media rəhbərlərini, ekspertləri və rəsmiləri bir araya gətirərək qlobal informasiya mühiti, dezinformasiya, rəqəmsal media və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
IV Şuşa Qlobal Media Forumu 13-14 iyul tarixlərində "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu altında keçirilir.
Forumda dünyanın müxtəlif ölkələrindən media nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. Əsas müzakirələr media etikası, dezinformasiyaya qarşı mübarizə, süni intellektin mediaya təsiri və münaqişədən sonrakı dövrdə medianın sülhün qurulmasındakı roluna həsr olunub.
Forumun Azərbaycan üçün əhəmiyyəti böyükdür Çünki bu forum Azərbaycanın beynəlxalq media əlaqələrini gücləndirir, Şuşanı qlobal dialoq və media əməkdaşlığı mərkəzi kimi tanıdır, Qarabağda aparılan bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün imkan yaradır, Dezinfeksiya ilə mübarizə və etibarlı informasiya mühitinin formalaşdırılması üzrə beynəlxalq əməkdaşlığı təşviq edir.
Bu gün Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi və humanitar dialoq mərkəzi kimi tanınır. Burada keçirilən beynəlxalq forumlar, konfranslar və mədəni tədbirlər dünya ictimaiyyətinə Azərbaycanın quruculuq siyasətini, regionda yaratdığı sabitlik və inkişaf modelini yaxından təqdim edir.
Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm alətlərindən biri kimi də qiymətləndirilməlidir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də informasiya siyasətinin effektivliyi ilə müəyyən olunur. Azərbaycan son illər beynəlxalq media ilə açıq dialoqun qurulmasına, şəffaf informasiya mühitinin formalaşdırılmasına və obyektiv məlumat mübadiləsinin genişləndirilməsinə xüsusi önəm verir. Forum çərçivəsində müxtəlif ölkələrdən gələn jurnalistlər və ekspertlər Qarabağda aparılan bərpa-quruculuq işlərini, müasir infrastruktur layihələrini, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarını, mədəni irsin bərpasını, yeni yaşayış məntəqələrinin salınmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesini yerində müşahidə etmək imkanı qazanırlar. Bu isə Azərbaycanın həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə operativ və obyektiv şəkildə çatdırılmasıdır. Şuşa Qlobal Media Forumu bu məqsədə xidmət edən ən mühüm beynəlxalq platformalardan biridir. Burada aparılan müzakirələr, keçirilən panel iclasları və ikitərəfli görüşlər informasiya sahəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına, media nümayəndələri arasında peşəkar əlaqələrin genişlənməsinə və qlobal çağırışlara qarşı ortaq yanaşmaların formalaşmasına xidmət edir. Forumun iyulun 14-dək davam edəcək proqramı çərçivəsində keçiriləcək müzakirələrin yalnız media sahəsinə deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminə də mühüm töhfələr verəcəyi gözlənilir. İnformasiya müharibələrinin getdikcə daha geniş vüsət aldığı bir dövrdə Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və həqiqətə əsaslanan informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirakçıları qarşısında genişməzmunlu çıxış edərək qonaqları maraqlandıran mövzulara toxunub. Ölkə başçısı çıxışında bir çox məsələlərə aydınlıq gətirərək mühüm əhəmiyyət daşıyan mesajlar verib. Cənab prezident İlham Əliyevin bugünkü çıxışı onun necə müdrik, uzaqgörən və dahi lider olduğunu sübut edir.
Emil Əkbərov
"BİG Media" MMC-nin direktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi