Azərbaycanın informasiya diplomatiyasının yeni mərhələsi

Azərbaycanın informasiya diplomatiyasının yeni mərhələsiMüasir beynəlxalq münasibətlər sistemində informasiya artıq təkcə xəbərin ötürülməsi vasitəsi deyil, dövlətlərin milli maraqlarının müdafiəsində, beynəlxalq ictimai rəyin formalaşdırılmasında və sülhün təşviqində mühüm strateji resursa çevrilib. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, dezinformasiyanın qlobal miqyas alması və informasiya manipulyasiyalarının genişlənməsi medianın məsuliyyətini daha da artırır. Məhz belə bir dövrdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığı üçün mühüm platforma kimi öz mövqeyini ildən-ilə möhkəmləndirir.

İyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal informasiya məkanında aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Lakin forumun əhəmiyyəti yalnız peşəkar media müzakirələri ilə məhdudlaşmır. Bu platforma Azərbaycanın informasiya diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilərək ölkənin müasir inkişafını, postmünaqişə reallıqlarını və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa prosesini beynəlxalq auditoriyaya birbaşa təqdim etmək imkanı yaradır.

Millət vəkilinin sözlərinə görə, uzun illər ərzində Qarabağ münaqişəsi barədə beynəlxalq informasiya məkanında müxtəlif yanaşmalar formalaşıb. Şuşa Qlobal Media Forumunun əsas üstünlüklərindən biri isə dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin Qarabağa səfər etməsi, bölgədə baş verən dəyişikliklərlə yerində tanış olmasıdır. Xarici jurnalistlər Şuşa, Xankəndi, Ağdam, Füzuli və digər yaşayış məntəqələrində aparılan bərpa işlərini, yaradılan yeni infrastrukturu və Böyük Qayıdış proqramının nəticələrini öz gözləri ilə görürlər.

Qarabağa təşkil olunan səfərlər Ermənistanın uzun illər davam etmiş işğal siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Dağıdılmış şəhərlər və kəndlər, məhv edilmiş tarixi, dini və mədəni irs nümunələri, talan olunmuş yaşayış məntəqələri işğal dövründə törədilmiş vandalizmin miqyasını açıq şəkildə nümayiş etdirir. Xarici jurnalistlər bu mənzərəni birbaşa müşahidə edərək onu dünya ictimaiyyətinə çatdırırlar. Forum iştirakçıları eyni zamanda Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma proqramının miqyası ilə yaxından tanış olurlar. Müasir yollar, hava limanları, sosial infrastruktur, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji təşəbbüsləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı postmünaqişə inkişafının yeni modelini formalaşdırır. Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu göstərir ki, Şuşa beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Burada medianın sülhün təşviqində rolu, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal təhlükəsizlik və informasiya etibarlılığı kimi qlobal mövzular müzakirə olunur.

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm aləti kimi çıxış edir. Forum vasitəsilə Qarabağ həqiqətləri, Böyük Qayıdış proqramının nəticələri, bərpa-quruculuq işlərinin miqyası və işğal dövründə törədilmiş vandalizm beynəlxalq auditoriyaya birbaşa çatdırılır. Bu isə Azərbaycanın postmünaqişə reallıqlarının obyektiv təqdim olunmasına, beynəlxalq ictimai rəyin faktlar əsasında formalaşmasına və regionda davamlı sülhə xidmət edən etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 301   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları

15 sentyabr
.

"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne

15 sentyabr
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

16 sentyabr
.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr