"Peter Pelleqrininin ölkəmizə səfəri Qarabağın bərpası istiqamətində tərəfdaşlığın genişləndirilməsinə xidmət edəcək" - DEPUTAT

"Peter Pelleqrininin ölkəmizə səfəri Qarabağın bərpası istiqamətində tərəfdaşlığın genişləndirilməsinə xidmət edəcək" - DEPUTAT"Azərbaycan ilə Slovakiya Respublikası arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. Son illərdə bu əlaqələr daha da genişlənərək strateji tərəfdaşlıq istiqamətində inkişaf edir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir:

"Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub.Ötən müddət ərzində iki ölkə arasındakı diplomatik əlaqələr möhkəmlənib və strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaranıb

Slovakiya ilə Azərbaycan arasında əsas əməkdaşlıq istiqamətləri bunlardır:

Siyasi əlaqələr: İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoq mütəmadi davam edir. Prezidentlər, parlament rəhbərləri və hökumət nümayəndələrinin görüşləri münasibətlərin inkişafına töhfə verir.

Enerji sahəsi: Slovakiya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirir. Tərəflər təbii qaz və yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirirlər.

İqtisadi əməkdaşlıq: Ticarət, investisiya, nəqliyyat, sənaye və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanları artırılır.

Humanitar və təhsil əlaqələri: Təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı layihələr və mübadilə proqramları həyata keçirilir.

Parlamentlərarası əməkdaşlıq: Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və qanunverici orqanlar arasında müntəzəm təmaslar saxlanılır.

Slovakiya Prezidenti Peter Pelleqrini Şuşaya rəsmi səfəri Azərbaycan ilə Slovakiya Respublikası arasında münasibətlərini daha möhkəmləndirilməsi üçün əhəmiyyətlidir".

Deputat vurğulayıb ki, səfər çərçivəsində Peter Pelleqrini ilə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib:

Görüşlərdə Azərbaycan-Slovakiya siyasi və iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub. Xüsusilə də Qarabağın bərpası və Slovakiya şirkətlərinin bu prosesdə iştirakı diqqət mərkəzində olub. Görüşdə enerji və regional əməkdaşlıq məsələləri də müzakirə olunub. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Peter Pelleqrini Şuşada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub və Slovakiyanın bu prosesə dəstəyini ifadə edib. Səfər proqramının ən mühüm hissələrindən biri Ağdamın Baş Qərvənd kəndinə səfər olub. Prezidentlər kənddə görülən işlərlə, xüsusilə də Slovakiyanın iştirakı ilə bərpa olunan və dostluq simvolu olacaq məktəb binasının layihəsi ilə tanış olublar.Peter Pelleqrini Azərbaycanı regionun sabitliyinin qarantı və əsas oyunçusu adlandırıb. Slovakiya Prezidenti slovak şirkətlərinin Azərbaycanın iqtisadiyyatına və regionun inkişafına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər həm də diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinin göstəricisidir. Xüsusilə bu səfər Qarabağın bərpası istiqamətində tərəfdaşlığın genişləndirilməsinə xidmət edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 527   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr