Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir

Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilirÖtən ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiyaya ilə rəsmi dövlət səfəri zamanı Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün sahələr üzrə genişlənib. Enerji sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət kəsb edir. Energetika Azərbaycan-Slovakiya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır.

Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı hörmət, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulub. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal texnologiyalar və sənaye sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. İki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin mövcudluğu bu tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir. Belə ki, bu gün Azərbaycan təbii qazının ixrac olunduğu ölkələrin sayı 16-ya çatıb və ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsinə yüksəlib. Bu həcmin yarısı Avropa ölkələrinin payına düşür və Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı hesabına enerji təminatını daha təhlükəsiz şəkildə qurur.

İyul ayının 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Ertəsi gün Azərbaycan Prezidenti İlham Əliyevlə Slovakiya Prezidenti arasında təkbətək və geniştərkibli görüşlər keçirilib, ölkələr arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.

Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir. Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradacaq, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edəcək.

Azərbaycan bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Həmçinin Azərbaycan yaşıl enerjinin Avropaya ötürülməsi istiqamətində 4 layihə üzərində işləyir. Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dəhlizi, Azərbaycan-Türkiyə-Avropa dəhlizi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan və Mərkəzi Asiya-Azərbaycan marşrutu üzrə yaşıl enerji dəhlizi layihələrinin yaxın gələcəkdə işə düşməsi ilə Azərbaycan Avropanı həm də "təmiz" enerji ilə təmin edəcək öncüllərdən biri olaraq bu sahədə rəqabəti artıracaq.

Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması da Azərbaycan-Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. Ən başlıcası, diversifikasiya olunmuş enerji resurslarına malik olmağımızdır ki, data mərkəzlərinin işləkliyi üçün ehtiyac duyduğu da enerjidir. Həmçinin iqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Çünki nəhəng data mərkəzləri gecə-gündüz işləyir və qızır. Onların soyuq saxlanılması üçün böyük soyutma sistemlərindən istifadə olunur. Bu isə böyük enerji və su sərfiyyatı deməkdir. Ancaq bu kimi data mərkəzləri iqlimi soyuq bölgədə yerləşdirilərsə, su və enerji sərfiyyatı azalar. Bu isə Slovakiya şirkətlərinin ölkəmizlə əməkdaşlığı üçün yeni imkanlar açır. Genişlənən qaz ixracı, bərpaolunan enerji imkanları, data mərkəzləri üçün yaradılan şərait və nəqliyyat dəhlizlərində Azərbaycanın artan rolu iki ölkə arasında qarşıdakı illərdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan-Slovakiya strateji əməkdaşlığı təkcə ikitərəfli münasibətləri deyil, həm də regional enerji təhlükəsizliyini və Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 682   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr