Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı genişlənməkdədir
Azərbaycanla Slovakiya arasında ötən il imzalanan Strateji Tərəfdaşlıq Bəyannamə Avropada yeni geosiyasi düzənlərin formalaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd iki ölkə arasında enerji təhlükəsizliyi, müdafiə sənayesi və Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı daha yüksək mərhələyə qaldırmaqla yanaşı, regional siyasi dinamikanı da gücləndirir.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycandan Avropaya əlavə qaz tədarükü imkanları Slovakiyanın enerji xəritəsinə yeni nəfəs gətirir. Artıq bir ilə yaxındır ki, Slovakiya Azərbaycandan qaz alır və bununla da Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 16-a çatıb. Bu fakt Azərbaycanın enerji təminatçısı kimi strateji rolunu daha da möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi yerini təsdiqləyir.
İki ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında bu istiqamətdə tərəfdaşlığın geniş imkanları və perspektivləri xüsusi qeyd olunub. Slovakiyanın NATO standartlarına uyğun müdafiə texnologiyaları və istehsal potensialı, Azərbaycanın isə hərbi modernizasiya proqramları iki ölkə arasında strateji əməkdaşlığı daha da gücləndirir.
Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətləri gücləndirmir, həm də Mərkəzi Avropa ölkələrinin Cənubi Qafqaz siyasətində yeni xəttin formalaşmasına şərait yaradır. Sənəd göstərir ki, Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, modern texnologiyalar, təhlükəsizlik və infrastruktur sahələrində də etibarlı tərəfdaşdır.
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.
Şuşa şəhərində Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. "Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti "ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq", - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.
Ölkə başçısı bundan sonra da bu münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib. Çünki biz konkret işlərin tərəfdarıyıq. "Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Slovakiya ilə strateji əməkdaşlıq Azərbaycanın Avropa ilə əlaqələrində yeni mərhələnin başlanğıcıdır. Rəsmi Bakı həm enerji, həm də geosiyasi müstəvidə mövqelərini gücləndirərək regionda aparıcı aktor statusunu daha da möhkəmləndirir. Bu tərəfdaşlıq Avropa-Cənubi Qafqaz əməkdaşlığına yeni dinamika gətirir.
Prezident İlham Əliyevin gələcəyə hesablanmış balanslı siyasəti sayəsində Azərbaycan regionda sabitliyin, enerji təhlükəsizliyinin və strateji əməkdaşlığın əsas təminatçılarından birinə çevrilib və Avropanın yeni geosiyasi düzənində mühüm mövqeyə sahibdir.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi