Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardır
İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər Azərbaycanın çoxşaxəli, balanslı və praqmatik xarici siyasət kursunun ardıcıl və məntiqi davamı kimi dəyərləndirilməlidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında artan strateji əhəmiyyətinin, enerji təhlükəsizliyində oynadığı mühüm rolun və regional proseslərdə etibarlı tərəfdaş statusunun növbəti təsdiqi kimi xüsusi önəm kəsb edir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Azərbaycan-Slovakiya münasibətləri son illər ərzində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, siyasi dialoq intensivləşib və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli formalaşmağa başlayıb.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və aparılan müzakirələr tərəflərin münasibətləri yalnız diplomatik əlaqələr müstəvisində deyil, eləcə də iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqları əsasında dərinləşdirmək niyyətinin aydın ifadəsi olaraq qeyd edilə bilər. Həmçinin Slovakiya ilə münasibətlərin inkişafı ölkəmiz üçün Avropa İttifaqı daxilində balanslı və çoxtərəfli siyasətin gücləndirilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Avropada yerləşən Slovakiya həm enerji təhlükəsizliyi, həm də sənaye və nəqliyyat sahələrində Azərbaycanla üst-üstə düşən maraqlara malikdir və ölkəmizin Avropa siyasətində mühüm tərəfdaşlardan biri hesab olunur.
Məhz bu baxımdan, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərində milli maraqlara əsaslanan, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq modelinin təşviqinə xidmət edən mühüm diplomatik addımdır. Heç şübhəsiz ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirən mühüm aktordur. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən strateji layihələr, Azərbaycan təbii qazının Avropa bazarlarına fasiləsiz çıxışı, eləcə də enerji mənbələrinin və marşrutlarının diversifikasiyası Slovakiya üçün də uzunmüddətli strateji əhəmiyyət daşıyır. Ona görə də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Avropanın enerji xəritəsində Azərbaycanın rolunun daha da güclənməsinə, həmçinin ölkəmizin milli iqtisadi və geosiyasi maraqlarının təmin edilməsinə yönəlmiş məqsədyönlü addım kimi qiymətləndirilməlidir.
İyunun 14-də Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Postmünaqişə dövründə Cənubi Qafqazda sülhün, sabitliyin və dayanıqlı əməkdaşlığın təşviqi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Slovakiya ilə aparılan müzakirələrdə suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət məsələlərinin vurğulanması Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Beləliklə də, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycanın milli maraqlara əsaslanan praqmatik və uzaqgörən xarici siyasət strategiyasının uğurla icra olunduğunu nümayiş etdirən növbəti mühüm diplomatik hadisədir. Bu səfər Azərbaycan-Slovakiya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltməklə yanaşı, Azərbaycanın Avropa siyasi və iqtisadi məkanında etibarlı, prinsipial və strateji tərəfdaş kimi mövqelərini daha da gücləndirib.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Toyuq yumurtasını taxtdan saldı: ölçüsü kiçik, amma beş dəfə daha faydalıdır
Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
Bakıda PARTLAYIŞ baş verib, yaralılar var
Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə
Badımcanı yayda çox yeyin
Alimlər yağış zamanı səma ilə Yer arasındakı elektrik yükünün dəyişməsinin səbəbini öyrəniblər
Rafael Ağayevə ağır itki
Kəlbəcərdə BƏDBƏXT HADİSƏ: 11 yaşlı oğlan çaya düşdü
Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladı
Ata və iki qızı dənizdə öülmlə burun-buruna gəldi - VİDEO
Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı
Geniş yayılmış səhv: Smartfonu gecə hara qoymaq olmaz?
Kral III Çarlzın səhər yeməkləri
Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...