AMEA paytaxtdan köçürülür? - Akademikdən açıqlama

AMEA paytaxtdan köçürülür? - Akademikdən açıqlamaBakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində mütəmadi olaraq güncəllənən bir mövzudur, fərq ondadır ki, ənənəvi universitetlər, nazirliklər siyahısına bu dəfə yeni ad əlavə olunub: köçürülməsi istənilən qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

Uzun illərdir paytaxtın elmi mərkəzi hesab olunan, yerləşdiyi əraziyə və metro stansiyasına adını verən, həşəmətli, hətta bir az da heybətli Akademiyanın yer dəyişməsi bir epoxanın sonu təəssüratını yaradır. Digər tərəfdən də sual yaranır:

AMEA-nın Bakıdan köçürülməsi onun nüfuzuna və beynəlxalq əməkdaşlıqlarına təsir göstərə bilərmi?

Məsələ ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov Bizim.Media-ya bildirdi ki, dünya təcrübəsində də elm və təhsil ocaqlarının şəhər mərkəzlərindən uzaqlaşdırılması çoxdan mövcuddur:

"Bəzi ölkələrdə bu tipli tarixi binalar elə şəhərin mərkəzində qalır. Amma belə binalar daha çox administrativ idarəçiliyini davam etdirir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır. AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə niyə də olmasın? Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, öz nüfuzudur. Bina şərti mənada nüfuz elmblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları, əməkdaşlığıdır. Bizim elm və təhsilimizdə dünyaya inteqrasiya sürətlə gedir, kifayət qədər ciddi uğurlarıməz da var".

Akademik onu da vurğulayıb ki, bizim bəzi universitetlərimizin filialları digər şəhər və rayonlarda artıq mövcuddur. Hələ ki bu filialların səviyyəsi mərkəzdəki kimi yüksək olmasını demək çətindir:

"Əlbəttə ki problemlər var. Bunu danmaq olmaz. Amma əgər ümumi bir mərkəzləşmə olacaqsa, onda təbii ki yüksələcək, çünki adətən adlı-sanlı alimlər, böyük mütəxəssislər bölgələrdə az təmsil olunurlar. Elmlər Akademiyasının və nüfuzlu universitetlərin özü bölgələrə gedəcəksə, onda təmsilolunma səviyyəsi də xeyli artacaq. Həm də indiki müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində mərkəzlə bölgələr arasında prinsipcə fərq yoxdur. Yəni bölgələrimizdə də elm və təhsil ocaqlarımız kifayət qədər məhsuldar çalışa bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 377   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr