Sakinlər mərasim evindən narazıdır - Sahibkar "Mən ağlamağa icazə vermirəm" deyir
Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Baku TV"yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməsi onun övladlarının psixologiyasına mənfi təsir edəcək: "Burada obyektin ərazisi 500 kvadrat metrdən çoxdur. Hər gün yüzlərlə insan gələcək, minimum 300-400 adam olacaq. Bir ana olaraq bundan narahatam. Sahibkar artıq parkinq yerindən şəxsi lift də istifadəyə verib".
Digər sakin Şirinbəyim Əhmədova isə mərasim evi açıldıqdan sonra heç bir halda sakitliyə riayət edilməyəcəyini deyir: "Bütün günü arvadlar ağlayacaq, molla başlayacaq. Bizə burada sakitlik yoxdur. Bir tərəfdə stadiona futbola gələcəklər, bir tərəfdə bulvara turistlər gəlir, ortada isə mərasim evi..."
Obyekt sahibi Namiq Dövlətov sakinlərin narazılığına cavab olaraq bildirib ki, məclis baş tutan zaman heç bir ağlaşma olmayacaq: "Problem yoxdur, ağlaşma olmayacaq, izolyasiya olunub. Bura məclis evidir, elə bir şey yoxdur ki, kimsə gəlib ağlasın, qışqırsın. Mən icazə vermirəm ki, kimsə ağlasın. Biri öləndə hüznlü olmaq lazımdır. Lift isə binanın parklanma hissəsində deyil, birinci mərtəbədən ikiyə çıxmaq üçündür. Bütün qurumlardan icazə almışıq".
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, yaşayış kompleksi Dövlət Mənzil Fonduna aid deyil: "Bu, özəl tikinti çərçivəsində inşa olunmuş çoxmənzilli yaşayış binasıdır. Belə yaşayış komplekslərində ümumi əmlakın idarə olunması və istifadəsi ilə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin ümumi yığıncağının, habelə idarəedici qurumların qərarı vasitəsilə tənzimlənir".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi