"907-ci düzəlişin ləğvi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər" - Bəhruz Qul
"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, regionda formalaşan yeni geosiyasi reallıqlar bir sıra mühüm siyasi məsələlərin də yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu kontekstdə ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi "Azadlığa Dəstək Aktı"na edilmiş və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran məşhur 907-ci düzəliş də yenidən beynəlxalq siyasi müzakirələrin predmetinə çevrilə bilər.
Azərbaycan uzun illərdir ki, bu düzəlişi ədalətsiz və köhnəlmiş siyasi qərar kimi qiymətləndirir. Çünki 44 günlük Vətən müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaranıb, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürən əsas tərəfə çevrilib".
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, rəsmi Bakı ABŞ ilə strateji münasibətlərin gələcək inkişafı çərçivəsində 907-ci düzəlişin tamamilə ləğvini prinsipial siyasi məsələ kimi gündəmə gətirə bilər:
"Bu, hüquqi baxımdan Ermənistanla ikitərəfli sülh sazişinin birbaşa şərti deyil. Çünki 907-ci düzəliş ABŞ-ın daxili qanunvericiliyinə aid məsələdir və onun ləğvi yalnız ABŞ Konqresinin səlahiyyətinə daxildir. Lakin diplomatik müstəvidə Azərbaycan bu məsələni regionda davamlı sülhün qurulması, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi və Vaşinqtonun Cənubi Qafqaz siyasətində balanslı yanaşmasının göstəricisi kimi irəli sürə bilər".
"Əgər ABŞ həqiqətən də Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və yeni nəqliyyat-kommunikasiya layihələrinin tərəfdarıdırsa, artıq tarixi missiyasını itirmiş, selektiv yanaşmanı əks etdirən 907-ci düzəlişin qüvvədə saxlanılması məntiqə uyğun görünmür. Əksinə, onun ləğvi Vaşinqtonun Azərbaycana münasibətdə yeni siyasi iradəsini nümayiş etdirər və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirər.
Bu gün Azərbaycan regionun enerji təhlükəsizliyinə, Avropanın qaz təminatına, yaşıl enerji layihələrinə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən əsas ölkələrdən biridir. Belə bir dövlətə münasibətdə otuz ildən artıq əvvəl formalaşdırılmış siyasi məhdudiyyətin saxlanılması nə regional reallıqlara, nə də ABŞ-ın uzunmüddətli maraqlarına cavab verir.
Ona görə də yaxın perspektivdə 907-ci düzəlişin ləğvi məsələsi Azərbaycan diplomatiyasının ABŞ-la aparacağı strateji dialoqun əsas mövzularından birinə çevrilə bilər. Bu, Ermənistanla sülh sazişinin hüquqi şərti olmasa da, regionda yeni təhlükəsizlik arxitekturasının və ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinin mühüm siyasi indikatorlarından biri kimi dəyərləndirilə bilər."- deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi