Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ
Ötən ilin sonunda Xaçmazda iki qardaş bacılarının qızını sevən 17 yaşlı oğlana qarşı amansız davranış göstəriblər, işgəncə veriblər.
Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb.
Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adlarını şərti olaraq Mübariz və Akif kimi təqdim edəcəyik.
İş materiallarında qeyd olunub ki, 17 yaşlı zərərçəkmiş sözügedən qardaşların bacısının qızı ilə sevgi münasibətində olub. Hadisə günü yeniyetmə oğlan onların yaşadığı evin hasarına çıxarkən qızın dayısı Mübariz bunu görüb. Bərk əsəbiləşən dayı balaca qardaşı Akiflə birgə yeniyetməni tutaraq əl-qolunu kəndirlə bağlayıb. Qardaşlar bir saat bağlı vəziyyətdə saxladıqları yeniyetməyə qarşı alçaldıcı hərəkətlər ediblər, döyərək müxtəlif xəsarətlər yetiriblər, eyni zamanda tualetdə saxlayıblar.
Bu əməlləri ilə Mübariz və Akif qanunsuz azadlıqdan məhrumetmə cinayəti törətmiş olublar. Polis əməkdaşları işə qarışandan sonra onların ikisi də saxlanılıb, məhkəmə hökmünə qədər barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Xaçmaz Rayon Məhkəməsində baxılan işdə qardaşlar əməllərini etiraf ediblər, özlərini təqsirli bildiklərini deyiblər. Zərərçəkmiş şəxsin də ifadəsi əsasında verilmiş ittiham tam təsdiqini tapıb.
Hökmə əsasən, Akif və Mübarizin hərəsinə 3 il azadlıqdan məhrumetmə cəzası verilib, ikisi də məhkəmə zalında həbs edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi hökmü kiçik qardaş Akifə münasibətdə dəyişib. Onun cəzası şərti hesab olunub və azadlığa buraxılıb.
Məhkəmə bu qərarını təqsirləndirilən şəxsin səmimi peşmanlığı, xəstəlikdən əziyyət çəkməsi və himayəsində yaşlı valideynlərinin olması ilə əsaslandırıb. Mübarizin şikayəti isə təmin edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi