"Boşanma prosesində uşaqların aldığı travmalar onların təhsilinə mənfi təsir edir" - SOSİOLOQ
Boşanma uşaqlarda dərin emosional və psixoloji travmalara səbəb ola bilər. Bu proses uşaqlarda stress, depressiya, narahatlıq və gələcəkdə ailə qurmağa inamsızlıq hissi yaradır. Boşanmalar uşaqların tək psixologiyasına deyil, həm də təhsilinə də səbəb olur. Çünki boşanma valideynlər üçün olduğu kimi, uşaqlar üçün də ciddi psixoloji və sosial dəyişikliklər yarada bilər. Bu dəyişikliklər onların təhsilinə müxtəlif formalarda təsir göstərə bilər".
Bunu Sonxeber.az-a danışan sosioloq Nəzrin Əhmədzadə bildirib.
Sosioloq qeyd edib ki, boşanma prosesində uşaqların aldığı travmalar birbaşa onların təhsilinə təsir edir:
"Diqqət və konsentrasiya pozulur. Ailədə yaranan gərginlik uşağın dərslərə fokuslanmasını çətinləşdirir. Akademik göstəricilər zəifləyəyir. Qiymətlərdə enmə, ev tapşırıqlarını vaxtında yerinə yetirməmək halları müşahidə oluna bilər.Dərsə davamiyyət azalır. Psixoloji gərginlik və ailədaxili dəyişikliklər səbəbindən məktəbə davamiyyətdə problemlər yarana bilər. Davranış problemləri ortaya çıxır. Aqressivlik, özünəqapanma və ya sinif yoldaşları ilə münasibətlərdə çətinliklər yarana bilər. Boşanma ərəfəsində və sonrası uşaqlarda motivasiya azalır. Gələcəklə bağlı narahatlıq uşağın təhsilə marağını zəiflədə bilər. Psixoloji vəziyyətə təsir edir. Stress, narahatlıq və depressiv əlamətlər öyrənmə prosesini çətinləşdirə bilər".
Sosioloq vurğulayıb ki, boşanmanın uşaqlarda yaradacaq mənfi təsirlərin qarşısını almaq üçün hər iki valideyn birgə addım atmalıdır:
"Valideynlər boşanmadan sonra da uşağın təhsilinə birgə dəstək verməlidirlər. Uşağın yanında münaqişələrdən çəkinmək vacibdir. Valideynlərin müəllim və məktəb psixoloqu ilə əməkdaşlıq etmək faydalıdır. Uşağa emosional dəstək göstərmək, onun fikirlərini dinləmək və sabit gündəlik rejim yaratmaq önəmlidir. Zərurət olduqda psixoloq dəstəyindən istifadə etmək məqsədəuyğundur.
Qeyd etmək lazımdır ki, hər boşanma uşağın təhsilinə eyni dərəcədə mənfi təsir göstərmir. Valideynlər qarşılıqlı hörmətlə davranır, uşağın maraqlarını ön planda saxlayır və ona davamlı dəstək verirlərsə, bu mənfi təsirlər əhəmiyyətli dərəcədə azala bilər. Çünki boşanmış ailələrdə böyüyən uşaqların inkişafı ailədəki münasibətlərin necə davam etməsindən, valideynlərin onlara göstərdiyi diqqət və dəstəkdən əhəmiyyətli dərəcədə asılıdır. Boşanma özü çətin həyat hadisəsi olsa da, hər uşaq eyni şəkildə təsirlənmir. Burada ən vacib məqam odur ki, uşağın sağlam inkişafı təkcə valideynlərin boşanıb-boşanmamasından deyil, boşanmadan sonrakı münasibətlərin necə qurulmasından asılıdır. Valideynlər əməkdaşlıq edir, uşağın maraqlarını üstün tuturlar və ona sabit, qayğıkeş mühit yaradırlarsa, uşaq bu dəyişikliklərə daha uğurla uyğunlaşa bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kadir İnanırın mirasının məbləği açıqlandı
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri