"İndi nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Rusiya əvvəlki Rusiyadır" - Deputat
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, informasiya məkanının geosiyasi rəqabətin əsas meydanına çevrildiyi bir vaxtda, həm də qlobal informasiya və media diplomatiyasının mühüm müzakirə məkanlarından birinə çevrilib.
İyulun 13-14-də "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumunda informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin media mühitinə təsiri və sülhün təşviqində medianın rolu kimi aktual mövzuları bir araya gətirib.Lakin forumun əhəmiyyəti yalnız sözügedən istiqamətlərdə müzakirələrlə məhdudlaşmır.Artıq dördüncü dəəfədir ki,reallaşan bu platforma Azərbaycanın informasiya diplomatiyasının mühüm istiqamətlərindən birinə çevrilərək ölkənin müasir inkişafını,postmünaqişə dövrünün reallıqlarını və Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini beynəlxalq auditoriyaya birbaşa təqdim etmək imkanı yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi olaraq qatıldığı Şuşa Qlobal Media Forumu, diplomatiya, informasiya siyasəti və beynəlxalq arenada milli maraqların təşviqini unikal şəkildə birləşdirərək,Azərbaycanın xarici siyasət strategiyasının əsas elementinə çevrilib.Bu kontekstdə dövlət başçısının açıqlamarında formalaşmağa başlamış yeni dünya düzənində Azərbaycanın yerı və rolu, qarşıda duran əsas vəzifələr,postmüharibə dövrünün reallıqları,xarici siyasətin əsas prioritetləri,dünyanın aparıcı,eləcə də Azərbaycanla qonşı dövlətlərlə olan münüsibətlərə aydınlıq gətirildi və mühüm mesajlar verildi.Bu baxımdan Türkiyəyə,Rusiyaya və Ukraynaya dair verilın suallara cavablar çox diqqətçəkəndir.
Prezidentin Azərbaycanla Türkiyənin münasibətlərinə dair suala verdiyi cavab "bir müllt-iki dövlət" və fikirdə.sözdə.işdə birlik kontekstində cəmiiyətin ruhuna çox uyğundur. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söylədiyi məşhur "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamı Azərbaycan tərəfindən də eynən qardaş Türkiyəyə də aiddir:"Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir." Bu kontekstdə Azərbaycan Prezidenti tərəfindən bildirib ki, siyasi, iqtisadi,enerji,bağlantılar, əməkdaşlıq, insanlar arasında təmaslar səviyyəsinə və sair bu kimi göstəricilərə görə dünyada bir-birinə bu qədər yaxın olan,bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmaq mümkün deyil. "Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq." Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir.
Prezident Azərbaycanın Rusiya ilə münasibətlərindən danışarkən Bakı ilə Moskva arasındakı münasibətlərin normallaşdığını və müsbət dinamika ilə inkişaf etdiyini bildirib. Hazırda müxtəlif dövlət qurumları arasında təmasların aktivləşdiyi və əməkdaşlığın yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.Eyni zamanda Forumda Rusiya-Azərbaycan əlaqələrinə dair bir neçə mühüm strateji baxış da ortaya qoyulub. Azərbaycan Prezidentinin fikirləri İkinci Qarabağ müharibsindəki qələbədən sonra ölkəmizin regionda yaratdığı yeni reallıqları dəqiq ifadə edir,həm də Azərbaycanın milli maraqlarına tam uyğundur və mahiyyti bundan ibarətdir ki, Cənubi Qafqaz əsaslı surətdə dəyişib, beş il əvvəlkindən tamamilə fərqli bir regiondur.Bu kontekstdə artıq nə Azərbaycan əvvəlki Azərbaycandır, nə də Rusiya əvvəlki Rusiyadır.
Azərbaycanın süverenliyini bərpa etməsi təkcə özü üçün deyil, bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir. Bu Zəfərimiz təkcə 30 il işğal altında olan torpaqlarımızn dirçəlişini deyil, həm də bu Zəfər sayəsində Azərbaycanın regionda yaratdığı yeni situasiya Cənubi Qafqazin sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir.Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir.Beynəlxalq hüquqa və ədalətə əsaslanaraq yaratdığı yeni reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki qələbəsi sayəsində yaratdığı yeni situasiyada Rusiyanın həm Azərbaycanı,həm də Ermənistanı öz təsir dairsində saxlamaqdan ötrü tətbiq etdiyi "ərazi konflikti tələsi" artıq aradan qalxıb.Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib, diqtə olunan köhnə qaydalar da artıq işləmir. Süverenlik-böyük sərvətimiz,daha böyük hədəflərə nail olmaq imkanıdır. Azərbaycan bu imkandan uğurla bəhrələnərək beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxıb.Son vaxtlar Azərbaycanda düzənlənən bir sıra mötəbər tədbirlər,dövlət başçılarının görüşləri işğaldan azad edilmiş ərazilərimizdə keçirilir.Qlobal Media Forumunun dördüncü dəfədir ki, Şuşada çox yüksək səviyydə keçirilməsi buna əyanı misaldır.
Bu faktlar Cənubi Qafqaz regionunda qarşılıqlı əlaqələrin fonunu tamamailə dəyişib.Yaranmış yeni situasiyada artıq Moskva Cənubi Qafqazda öz geosiyasi prioritetlərini diqtə edə bilməz.Ona görə də Azərbaycan Prezidenti bildirib ki,Cənubi Qafqaza geosiyasi mübarizə meydanı kimi baxılmamlıdır."Bu regionda marağı olan, bölgədə sülhün və əməkdaşlığın olmasına maraq göstərən hər kəs Cənubi Qafqazın bütün ölkələri ilə fərdi əməkdaşlıq formatlarını inkişaf etdirməlidir."Münasibtlər asılılıq prinsipinə yox,qarşılıqlı hörmət və qarşıllıqlaı faydalılıq prinsiplərinə əsaslanmalıdır.
IV Şuşa Qlobal Media Forumunda "Media Gordon Ukraine"ın təsisçisi və jurnalisti Dmitri Qordon Azərbaycan prezidentinə belə bir sual verib: "Düz bir il əvvəl bu salonda Sizdən soruşdum: Ukraynaya nə məsləhət görərdiniz? Siz isə cavab verdiniz: İşğalı heç vaxt qəbul etməyin. Bir il keçdi və çox şey dəyişdi. Bu gün bütün dünya Krımın faktiki olaraq quru, dəniz və havadan mühasirəyə alındığını görür. Bu gün bütün dünya kilometrlərlə uzunluğunda benzin növbələri ilə ən zəngin neft istehsal edən ölkələrdən birini görür.Cəbhə xəttinin mahiyyətcə dəyişmədiyini,dəyişməz qaldığını görürük. Ukrayna dronlarının və raketlərinin Moskva və Sankt-Peterburqdan Sibirə qədər geniş ərazini vurduğunu görürük. Belə bir yeni vəziyyətdə bu gün Ukraynaya hansı məsləhəti verərdiniz?..
Azərbaycan Prezidenti Dmitri Qordonun suallarını cavablandırarkən bildirib ki,"Ukrayna hökumətinin onun məsləhətimə ehtiyacı yox idi, amma mən onu bu gün də təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır." Qarşı tərəfə məsləhətlərə gəldikdə, əgər onlar məndən soruşsalar, əlbəttə ki, məsləhət verərəm. Amma indi, zənnimcə, sizin sualınız çərçivəsində bu məsləhətləri vermək o qədər də düzgün olmazdı. "Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi. Bu, Azərbaycanın mövqeyidir və mənim də sırf insani mövqeyimdir." Prezident əlavə edib ki, Azərbaycanın həm işğal,həm də Qarabağı təhvil verməyə məcbur edilmək cəhdləri ilə bağlı çox nadir bir təcrübəsı var.ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi."Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı
"İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Belə bir məqsəd var idi - Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək. Lakin bu məqsədə nail olunmadı, çünki xalqın iradəsini qırmaq mümkün deyil. Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil"
Sonda prezident bildirib ki, "Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq".
Bu bir daha göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri tarixən formalaşmış qarşılıqlı rəğbət ənənələrindən qaynaqlanır. Azərbaycan-Ukrayna münasibətlərində əməkdaşlığın dərinləşib çoxşaxəli strateji tərəfdaşlıq müstəvisinə keçməsində və Azərbaycanın müharibədən ziyan çəkmiş Ukrayna xalqına humanitar yardımının timsalında daha aydın görünür.Humanitar yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatlar, generator və transformatorlar və kritik məqamlarda çox zəruri olan istiqamətlərdə edilən yardımlar xüsusi yer tutur.
Bu il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsidə Qəbələdə Ukrayna Prezidentinin mətbuata bəyanatla çıxışı zamanı bildirdiyi kimi, çox ağır bir dövrdə Ukraynaya enerji sahəsində təchizat və digər həyati əhəmiyyətli sahə və istiqamətlərdə Azərbaycan Azərbaycandan 11 yardım paketini alıb.Beş yüzdən artıq ukraynalı uşağın Azərbaycana gətirilməsi və burada hərtərəfli humanitar dəstəklə təmin edilməsi müharibədən əziyyət çəkən Ukraynaya 30 illik işğalın gətirdiyi fəlakətləri yaşamış Azərbaycan tərəfindən verilən həyati əhəmiyyətli real dəstək sözlə ifadəsi çox çətin olan bir humanizm nümunəsidir.Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə, danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.Azərbaycan haqq-ədalətin tərəfindədir.Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və dəstəkləməkdə davam edəcəkdir!
Əli Məsimli
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hamamdakı kanalizasiya qoxusunu yox etmək üçün məsləhət
Dostuna verdiyi toy hədiyyəsi təəccüb doğurdu - VİDEO
Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
Orqanizmdə xolesterin səviyyəsinin yüksək olduğunu necə bilmək olar? - Üzdə nəzərəçarpan əlamətlər
Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü
Keçmiş futbolçu saxlanıldı
Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO
Sabah 40 dərəcə isti olacaq
Plastik qabda tapıldı, dəyəri 5 milyon dollardır
"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"
Müəllimin sinifdə çəkdiyi video sosial şəbəkələrdə müzakirələrə səbəb olub - VİDEO
Evdə həyat yoldaşını başqa kişi ilə görən şəxs dəliyə döndü