"Məhəmməd Mustafanın səfəri Azərbaycan-Fələstin arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək" - DEPUTAT

"Məhəmməd Mustafanın səfəri Azərbaycan-Fələstin arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək" - DEPUTAT"Azərbaycan və Fələstin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa dəstək prinsipləri üzərində qurulub".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Fələstin arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Hər iki ölkə qarşılıqlı səfirliklər vasitəsilə əməkdaşlıq edir:

"Azərbaycan BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını, yəni iki dövlət həllini dəstəklədiyini dəfələrlə bəyan edib. Azərbaycan müxtəlif illərdə Fələstin xalqına humanitar və maliyyə yardımları göstərib, xüsusilə səhiyyə, təhsil və sosial sahələrdə dəstək verib.

Azərbaycan və Fələstin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq edir. Fələstin də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkəmizdə səfərdə olan Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Ölkə başçısı görüş zamanı Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha vurğulayıb.

Hazırda Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyən Məhəmməd Mustafa deyərək ölkəmizin göndərdiyi humanitar yardımlara görə dövlət başçımız İlham Əliyevə təşəkkür edib. Baş nazir qeyd edib ki, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətinin ölkəsi tərəfindən yüksək qiymətləndirilib.

Xüsusilə də, Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir.

Bilirsiniz ki, 2013-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans"ın və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı"nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etmişdi. Eyni zamanda Azərbaycan BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım edir.

Deputat vurğulayıb ki, "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alıb :

"Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişafı ilə yanaşı, Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olunub. Ümumilikdə isə Fələstin Baş naziri Məhəmməd Mustafanın ölkəmizə səfəri iki ölkə arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 672   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr