Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına dair məqaləni özünün "Truth Social" hesabında paylaşıb.
Oxu.Az xəbər verir ki, məqalə "Breitbart News"un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb və İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirləri əhatə edir.
Yazıda Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür etməsi, həmçinin əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları yer alıb.
Qeyd edək ki, iyulun 13-14-də "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu baş tutub. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak etdiyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 498 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ramiz Mehdiyev işi"ndə yeni adlar: Şahid qismində kimlər dindirilib?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub. Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barəd
15 sentyabrAvropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək
16 sentyabrAzərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı
16 sentyabrPrezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"
"Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə bir edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır". AZƏRTAC-a istinadə
15 sentyabr