Boşanmış ailələrdə böyüyən uşaqlar təhsil haqqından azad olunmalıdır - TƏKLİF

Boşanmış ailələrdə böyüyən uşaqlar təhsil haqqından azad olunmalıdır - TƏKLİFBoşanma prosesi uşaqların psixologiyası ilə yanaşı həm də təhsilinə də mənfi təsir göstərir. Ayrılıq prosesi uşaqlarda diqqət dağınıqlığı, dərsə marağın azalması, məktəbdən yayınma (absenteizm) və akademik göstəricilərin aşağı düşməsi ilə nəticələnir. Bundan əlavə, sosial və emosional bacarıqlarda yaranan problemlər onların təhsil həyatına birbaşa təsir edir. Hətta, maddi problemlərə görə bir çoxları işləməli olduqlarına görə ali təhsil ala bilmirlər. Ona görə də bu gün təklif olunan məsələlərdən biri də boşanmış ailələrdə böyüyən uşaqların, xüsusilə də qızların təhsil haqqından azad olunmasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, hər bir Azərbaycan vətəndaşının ali təhsil almaq hüququ var:

"Təəssüf ki, aztəminatlı ailələr və xüsusilə də valideynləri ayrılmış uşaqlar maddi problemlərə görə ali təhsil ala bilmirlər. Hətta, bəziləri anasına dəstək olması üçün işləməli olurlar. Düzdür, boşanma zamanı uşaq hansı valideyndə qalırsa qarşı tərəf aliment ödəyir. Amma gəlin görək bu məhkəmə tərəfindən kəsilən aliment həqiqətən ödənilirmi? Təəssüf ki, bir çox kişilər aliment ödəməkdən boyun qaçırırlar. Hətta, bəziləri buna görə həbs edilirlər. Kişilər düşünməlidir ki, boşanma həyat yoldaşı ilə olur, övladla yox. Uşağın hansı evde böyüməyindən asılı olmayaraq uşağı qarşımda məsuliyyət daşıyır, övladının maddi və mənəvi ehtiyaclarını ödəmək onun atalıq borcudur.

Qadınların təkbaşına uşaq böyütməyi həqiqətən də çox çətindir. Ona görə də boşanmış ailələrdə böyüyən uşaqların təhsil haqqından azad olunması çox gözəl təklifdir. Boşanmış ailələrdə böyüyən uşaqların təhsil haqqından azad edilməsi sosial baxımdan tez-tez müzakirə olunan təkliflərdən biridir. Bu cür təşəbbüsün həm müsbət tərəfləri, həm də nəzərə alınmalı məqamları var.

Bu addım maddi çətinlik yaşayan təkvalideynli ailələrin yükünü azalda bilər. Uşaqların ali və orta ixtisas təhsilinə çıxış imkanlarını artıracaq, təhsili yarımçıq qoyma riskini azaldacaq və sosial bərabərliyin güclənməsinə və uşaqların gələcək imkanlarının yaxşılaşmasına töhfə verə bilər".

Deputat vurğulayıb ki, bu məsələdə nəzərə alınmalı məqamlar var. Belə ki, təkcə boşanma faktı həmişə maddi ehtiyac demək deyil:

"Buna görə də güzəştlərin ailənin sosial-iqtisadi vəziyyəti əsasında müəyyən edilməsi mümkündür. Dövlət büdcəsinə əlavə maliyyə yükü yarana bilər və bunun üçün aydın meyarlar hazırlanmalıdır.

Hazırda təhsil haqqından azadolma əsasən qanunvericilikdə müəyyən edilmiş imtiyazlı kateqoriyalara (məsələn, şəhid ailələri, valideyn himayəsindən məhrum olan şəxslər, müəyyən əlilliyi olan şəxslər, məcburi köçkünlər və digər qanunla müəyyən edilən qruplar) şamil edilir. Düşünürəm ki, gələcəkdə bu məsələ müzakirə oluna bilər".

Sosioloq Nəzrin Əhmədzadə bildirib ki, boşanmış ailələrdə böyüyən uşaqlar, xüsusilə də qızların təhsil haqqından azad olunması çox gözəl olardı:

"Çünki boşanmış ailələrdə böyüyən uşaqların bir çoxu valideynə dəstək olmaq üçün təhsilini yarımçıq qoyub, işləməli olur. Bu gün universitetlərdə təhsil haqqı yüksək olduğuna görə valideynlər uşaqlarının təhsilini davam etdirə bilmir. Nəticədə də xüsusilə də qızlar erkən yaşlarından evliliyə məcbur edilir. Oğlanlar isə kiçik yaşlarından işləyib analarına dəstək olur. Bəziləri isə yalnış insanların təsirinə düşür, pis vərdişlərin aludəçisinə çevrilir. Ona görə düşünürəm ki, boşanmış ailələrdə böyüyən uşaqların təhsillərini davam etdirməsi üçün müəyyən güzəştlər edilməsi vacibdir. Bəziləri deyecek ki, o uşaq aliment alırlar. Ölkəmizdə aliment alimentin minimum məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq 260 manat müəyyən edilmişdir. Rəsmi gəlir sabit olduqda, aliment bir uşaq üçün qazancın 1/4 hissəsi, iki uşaq üçün 1/3 hissəsi, üç və daha çox uşaq üçün isə qazancın yarısı (1/2) həcmində tutulur. Təəssüf ki, bir çox kişilər kəsilən alimenti gecikdirir və ya ödəməkdən imtina edir. Ona görə də uşağın böyüdülməsində bütün yük qadının üzərinə düşür".

Sosioloq boşanmış ailələrdə böyüyən uşaqların təhsil haqqından azad olunması ilə bağlı qərar qəbul edilməsi erkən nikahların sayının azalmasına da kömək edəcəyini vurğulayıb:

"Hesab edirəm ki, müvafiq dövlət qurumları bununla bağlı mümkün variantları araşdıraraq öz təkliflərini irəli sürə bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2196   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

16 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr