Baloğlan Əşrəfovun az tanınan mahnısının sirri açıldı

Baloğlan Əşrəfovun az tanınan mahnısının sirri açıldıƏməkdar artist, mərhum müğənni Baloğlan Əşrəfovun geniş auditoriyaya tanış olmayan "Seviləydi sevənlər" mahnısı sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Mahnının paylaşılmasından sonra izləyicilər arasında müxtəlif müzakirələr aparılıb. Bəzi istifadəçilər bu əsəri Baloğlan Əşrəfovun ifasında televiziya efirlərində heç vaxt eşitmədiklərini bildiriblər.

Digərləri isə mahnının vaxtilə efirlərdə səsləndirilməsinə müəyyən məhdudiyyət qoyulduğunu iddia ediblər.

Məsələyə aydınlıq gətirən mərhum sənətkarın oğlu Peyman Əşrəfov Qaynarinfo-ya bildirib ki, sözügedən əsər 20-30 il əvvəl məhz Baloğlan Əşrəfov üçün yazılıb:

"Seviləydi sevənlər" mahnısının musiqisi Cavanşir Quliyevə, sözləri Zemfira Quliyevaya məxsusdur. Atam onu ifa edib. Televiziya proqramlarına dəvət alanda isə hər veriliş fərqli mahnı sifariş edirdi. Vaxt məhdudiyyəti səbəbindən bu mahnı efirlərdə səslənmirdi".

Peyman Əşrəfov bildirib ki, atasının bu günə qədər geniş yayılmayan başqa ifaları da var:

"Cavanşir Quliyev bu mahnını yalnız atam üçün yazmışdı və başqa heç bir müğənniyə verməmişdi. Həmin dövrdə bəstəkarlar əsərlərini adətən konkret ifaçı üçün bəstələyirdilər. Atam Cavanşir Quliyevin çoxsaylı mahnılarını oxuyub, amma bu mahnının taleyi belə gətirib".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 557   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"

Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər. Axşam.az xəbər verir ki, ən arzulanan duet ortaqları "Gəlirəm" adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər. Sevgidən bəh

4 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabındakı bütün paylaşımlarını silərək, yalnız 2021-ci ildə paylaşdığı "Bir azdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvə

25 avqust
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Azərbaycanlı müğənni evlənib? (FOTO)

Müğənni Rövşən Civişovin evlənməsi ilə bağlı xəbər yayılıb. Sosial şəbəkələrdə müğənninin toy fotoları dərc olunub və izləyiciləri onu təbrik edib. Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında evlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib. Sənətçi bildirib ki, sosial şəbəkələrdə yayılan bəy-gəli

26 avqust
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Məşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO

Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser

4 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr