"Qarabağ" "Liverpul"un 60 milyon avro ödədiyi futbolçunu transfer edir - İDDİA
Transfer çalışmalarını davam etdirən "Qarabağ" heyətini tanınmış futbolçu ilə gücləndirə bilər.
Qaynarinfo Qvineya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi vaxtilə İngiltərənin "Liverpul" klubunda çıxış etmiş Nabi Keyta ilə maraqlanır. Xəbərdə bildirilir ki, tərəflər arasında ilkin danışıqlara artıq start verilib.
İddiaya əsasən, "Qarabağ" rəhbərliyi 31 yaşlı yarımmüdafiəçinin özü ilə yanaşı, onun hazırda müqavilə ilə bağlı olduğu Macarıstanın "Ferentsvaroş" klubu ilə də təmasdadır.
Qvineya millisinin üzvü olan Keyta bu ilin əvvəlindən "Ferentsvaroş"un şərəfini qoruyur. O, Budapeşt təmsilçisinin heyətində indiyədək 19 oyunda meydana çıxıb.
Qeyd edək ki, Nabi Keyta karyerası ərzində Qvineyanın "Horoya", Fransanın "İstres", Avstriyanın "Zalsburq", Almaniyanın "Leytspiq", "Verder", İngiltərənin "Liverpul" və Macarıstanın "Ferentsvaroş" klublarında çıxış edib. "Zalsburq" onu 2016-cı ildə 29,75 milyon avroya transfer edib və iki il sonra 60 milyon avroya "Liverpul"a satıb. Futbolçu "Liverpul"la İngiltərə çempionu, Federasiya Kuboku, Liqa Kuboku və Super Kubokun qalibi olub, 2018/19 mövsümündə Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb, 2021/22 mövsümündə Çempionlar Liqasında final oynayıb.
Nabi Keyta Qvineya yığmasında 58 oyun keçirərək, 12 qol vurub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2332 Tarix: 18 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç
12 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabrBenzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
7 sentyabr"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak
10 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir
10 sentyabr