Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım".

Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb.

"İstərdim ki, o klublarda oynayan ilk azərbaycanlı mən olum"

"Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, "Barselona", "Real"da oynayan ilk azərbaycanlı mən olum".

"Yuxuda görürəm ki…"

Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb: "Hazırda "Qarabağ"ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm. Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam".

Qurban Qurbanovla işləmək istəyir

O bildirib ki, "Qarabağ"ın əsas komandasında çıxış etməyi hədəfləyib: "Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, "Qarabağ"ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır".

Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.

"Mehriban olmasaq, qələbə qazana bilmərik"

Ceyms qeyd edib ki, "Qarabağ"ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır: "Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 396   Tarix: 12 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Messinin varisi o oldu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında

3 sentyabr
.

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Misli Premyer Liqası. I dövrə, IV tur. 4 sentyabr. 18:00. "Qəbələ" - "İmişli". Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə

3 sentyabr
.

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə ölkə çempionatının qalibləri müəyyənləşib. Bu barədə -a AKAF-ın mətbuat xidmətindən məlumat verilib. İkinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübariz

3 sentyabr
.

İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI

Bir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbo

6 sentyabr
.

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi 3 futbolçu ilə müqavilə bağladı

"Sabah"ın UEFA Konfrans Liqasındakı rəqibi Norveçin "Vikinq" klubu "transfer pəncərəsi"nin son günündə heyətini 3 yeni futbolçu ilə gücləndirib. "Report" xəbər verir ki, komanda Essyen Bassey, Erik Botheym və Henrik Byordalı heyətinə cəlb edib. 19 yaşlı niderlandl

3 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs

"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə

7 sentyabr
.

Zubir klubsuz qaldı

"Qarabağ"la yollarını ayıran Abdullah Zubir transfer olunduğu Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubunda çıxış edə bilməyəcək. "Qafqazinfo" xəbər verir ki, hazırkı klubu "Əl-Uruba" maliyyə təminatını verə bilmədiyindən futbolçu qeydiyyatdan keçirilməyib. Bildirili

9 sentyabr