Salyandakı dəhşətli qəzanın səbəbi açıqlandı (VİDEO)

Salyandakı dəhşətli qəzanın səbəbi açıqlandı (VİDEO)Baş Dövlət yol Polisi İdarəsi (BDYPİ) ötən gün Salyanda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Qaynarinfo İdarənin məlumatına əsasən xəbər verir ki, qəzanın yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunur.

"İyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi "VAZ" markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri - İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".

BDYPİ hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 350   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısıdır" - DEPUTAT

Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Bu gün mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. Çünki insanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir

20 iyul
.

Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"

Qida blogeri Gülnar Hüseynova "Azza" mağazasında satılan məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mağazadan alınan yoqurtun qıcqırdığını və bu səbəbdən mağaza əməkdaşları ilə arasında mübahisə yaşandığını bildirib:. "Azza" köhnə məhsulla

21 iyul
.

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatınd

19 iyul
.

"Vital Hospital"da qalmaqal: Ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir - VİDEO

Sosial şəbəkələrdə "Vital Hospital"la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Bu barədə -a Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Nazirlikdən qeyd edilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb:

21 iyul
.

Sabah çimərliklərdə hava necə olacaq?

İyulun 21-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba

20 iyul
.

Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti, müzakirə olunub

21 iyul
.

Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb

İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb. Qaynarinfo xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qız

21 iyul
.

Əməkdar jurnalist Tofiqə Qasımovanın son vəziyyəti məlum olub

Əməkdar jurnalist Tofiqə Qasımova komadan çıxıb. xəbər verir ki, 56 yaşlı jurnalistin çalışdığı "Minval Politika"nın baş redaktoru Emil Mustafayev sosial şəbəkə hesabında məlumat verib. Qeyd edək ki, T.Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Bakı Sağlamlıq Mərkəzin

19 iyul
.

"Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır" - DEPUTAT

Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu tarix 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən ilk anadilli mətbu orqanımız olan "Əkinçi" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gündür. 2025-ci ildə mətbuatımızın 150 illik yubileyi tamam olmuşdur. Bu münasibətlə ölkədə geni

20 iyul