Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq
Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur.
Sonxeber.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır. Bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında tarazlığın təmin edilməsinə, həmçinin əmək məhsuldarlığının yüksəldilməsinə xidmət edir.
"Beynəlxalq praktikada çevik iş vaxtı rejimi adətən əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Bununla yanaşı, konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.
Bu iş rejimi daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün əlverişli hesab olunur. Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin tətbiqi xüsusi tənzimləmə mexanizmləri əsasında həyata keçirilir.
Ölkəmizdə çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində qeyd edilən Tədbirlər Planında nəzərdə tutulan nəticə indikatorlarına uyğun olaraq 2026-2030-cu illər ərzində beynəlxalq təcrübənin araşdırılması, hüquqi və institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur", - nazirlikdən qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 516 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaşinqtonda Azərbaycanın sülh modelinə beynəlxalq dəstək verildi
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması uzun illə
10 avqustVaşinqton görüşündən sonra region fərqli mərhələyə qədəm qoyub
Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlha
10 avqustUniversitet müəllimi vəfat edib
Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyat və marketinq" kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib. xəbər verir ki, bu barədə Universitet məlumat yayıb. Bildirilib ki, 1964-cü ildə Naxçıvanda anadan olan Elşən Nəsirov uzun illər iqtisadiyyat və idarəetmə sahəsində çalışıb. O, müxtəli
10 avqustƏhalinin ortaaylıq əməkhaqqısı artıb
Bu ilin altı ayında Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı məbləği 1 174.4 manat təşkil edib. bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir
10 avqust8 avqust görüşlərinin tarixi əhəmiyyəti
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə sülh prosesi üzrə mühüm sənədlərin imzalanmasının bir ili tamam olur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən münaqişənin arxada qalmas
10 avqustKasko sığortası zamanı bunlara DİQQƏT ETMƏLİSİNİZ
Avtomobillərin qiyməti, təmir xərcləri və yol-nəqliyyat hadisələrinin yaratdığı zərərlərin artması kasko sığortasının qiymətlərinə də təsir edən amillər sırasında göstərilir. Bu isə avtomobil sahiblərinin sığorta seçərkən yalnız ödəniləcək məbləğə deyil, müqavilənin əhatə dairəsinə və mümkün risklər
10 avqustCənubi Qafqazda sülh gündəliyinin yeni mərhələ
si. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il keçir. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənub
10 avqust