"Lazeroloq üzümü yandırıb..." - Foto
"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır".
Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib.
Zərərçəkmişin sözlərinə görə, prosedur lazer mütəxəssisi Lyuba adlı xanım tərəfindən icra olunub: "Sözügedən salonda daha öncə başqa lazeroloq yanına gedirdim. Ancaq bu dəfə Lyuba adlı xanımın yanına yazıldım, onu tanımırdım, ilk dəfə idi. Bu da nəticəsi..."
T.Şirinovanın sözlərinə görə, üzü və boğaz nahiyəsi tamamilə yanıb: "Dərimdə hazırda güclü qızartı, yanma hissi və qabıqlanma müşahidə olunur. Prosedur iyulun 15-də olmuşdu. Bilmirəm neçə dərəcə ilə etdi ki, hazırda bu durumdayam, heç bir fikrim yoxdur. Sadəcə prosedur zamanı dərimin yandığını hiss etdim.
Lazeroloq üzümü yandırıb sonra dedi ki, "belə hallar az da olsa, baş verir". Həkimə getdikdə isə bildirildi ki, yanığın fərqli növüdür, hazırda müalicə alıram. Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz. Qeyri-peşəkarların salonlarda işləyərək insanların sağlamlığına zərər vurması qəbuledilməzdir".
İddialarla bağlı "Paris Beauté" Estetik Mərkəzi ilə əlaqə saxladıq. Salondan cavab olaraq bildirildi ki, Azərbaycanda lazer proseduru olduğu müddətdə belə halların olması qaçılmazdır: "Digər lazeroloqların da başına bu hadisənin gəlməsi mümkündür. Buna səbəb odur ki, çox vaxt müştəri bizə düzgün məlumat vermir. Əvvəldən bildiririk ki, üzə mütləq SPF (-red Günəşdən Qorunma Faktoru- dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan qulluq vasitəsi) çəkilməlidir, günəş vannasından istifadə varsa, deyilməlidir. Bundan öncə bir müştərimizdə bu hal baş vermişdi. Sonradan məlum oldu ki, "zaqar" alıb, amma günahı bizdə görürdü.
Mən demirəm ki, bu mövzu həmin şəxsə aiddir. T. Şirinovaya bildirdik ki, yaxınlaşsın mərkəzimizə və biz onu kosmetoloqumuza yönləndirək. Üz lazerini aşağı dərəcə ilə edirik, lakin SPF mütləqdir, bəzən allergiyalı da olur. Ancaq bu, üz dərisinin yanması deyil. Çünkü yananda üz belə olmur. Biz zəmanət vermirik, amma müştəri də gərək düzgün məlumat versin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 249 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi şəxslər Sudana vizasız gedə biləcəklər
Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il mayın 19-d
22 iyulMarketdən alıb "kənd noxudu" deyə baha qiymətə satdılar - VİDEO
Türkiyənin Konya şəhərində çəkildiyi iddia olunan və sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, görüntülərdə marketlərdən alınan qablaşdırılmış, ucuz noxudların kisələrə boşaldılaraq "orqanik kənd noxudu" adı ilə satışa hazırlandığ
21 iyulAzıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)
Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub. Paylaşıla
22 iyulHəftəsonu 41 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunu
22 iyulSalyandakı dəhşətli qəzanın səbəbi açıqlandı (VİDEO)
Baş Dövlət yol Polisi İdarəsi (BDYPİ) ötən gün Salyanda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Qaynarinfo İdarənin məlumatına əsasən xəbər verir ki, qəzanın yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunur. "İyulun 20-si saat 18:0
21 iyulAzərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü
Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı gənc vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə Torontoda yaşayan həmyerlimiz Vəli Quliyev məlumat yayıb. Məlumata görə, "RBC Bank"da qiymətləndirmə üzrə direktor müavini (associate director, valuations - equity derivatives) vəzifəsind
21 iyulArzum ev dustaqlığına buraxıldı
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. "Report"un məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsind
22 iyul5 gün vaxt qoyulub - Poliklinikalarda vəziyyət belədir
Valideynlər Bakının Nizami rayonunda yerləşən 17 və 19 saylı uşaq poliklinikalarında sənəd qəbulu zamanı yaranan sıxlıqdan narazıdırlar. "Qafqazinfo"ya müraciət edən şəxslər bildirirlər ki, bağçalara qeydiyyata düşən uşaqlar üçün tələb olunan sənədlərin təqdim edilməsi məqsədilə cəmi 5 günlü
21 iyul