Son illər ən çox rast gəlinən psixoloji problemlər hansılardır? - AÇIQLAMA
Son illərdə insanlar psixoloji sağlamlıq haqqında əvvəlkindən daha çox danışsalar da, bir çox problemlər hələ də ya yanlış adlandırılır, ya da ümumiyyətlə fərq edilmir.
Bəzən aylarla davam edən narahatlıq, emosional yorğunluq və ya münasibətlərdə təkrarlanan çətinliklər "xasiyyət", "yorğunluq" və ya "stress" kimi qiymətləndirilir. Halbuki bu əlamətlərin arxasında adını belə bilmədiyimiz psixoloji problemlər dayana bilər.
Bəs görəsən son illər ən çox rast gəlinən psixoloji problemlər hansılardır?
Mövzu ilə bağlı psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib.
"Son illərdə ən çox rast gəldiyimiz, amma insanların adını belə bilmədiyi psixoloji problemlərdən biri yüksək funksionallıqlı narahatlıqdır. Bu insanlar kənardan baxanda son dərəcə uğurlu, məsuliyyətli, nizam-intizamlı və hər şeyi idarə edə bilən biri kimi görünürlər. İşlərini vaxtında görür, sosial həyatlarını davam etdirir, ətrafdakılar tərəfindən nümunə göstərilirlər.
Amma görünməyən tərəfdə davamlı daxili gərginlik yaşayırlar. Beyinləri sanki heç vaxt "dayanmır". Daim ən pis ssenarini düşünür, səhv etməkdən həddindən artıq qorxur, hər şeyi nəzarətdə saxlamağa çalışırlar. Hətta istirahət edərkən belə özlərini günahkar hiss edə bilirlər.
Əksər insanlar bunu psixoloji problem kimi yox, "məsuliyyətli olmaq", "mükəmməlliyyətçilik" və ya "çox düşünmək" kimi qəbul edir. Məhz buna görə də uzun müddət peşəkar dəstəyə müraciət etmirlər.
Digər geniş yayılan, lakin az tanınan problemlərdən biri isə emosional tükənmişlikdir. Bir çox insan bunu sadəcə yorğunluq hesab edir. Halbuki burnout zamanı insan təkcə fiziki deyil, emosional və zehni baxımdan da tükənir. Əvvəllər sevərək gördüyü işlərə marağını itirir, motivasiyası azalır, özünü boş və hissiz hiss etməyə başlayır.
Bu problemlərin vaxtında tanınmaması həm iş həyatına, həm ailə münasibətlərinə, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Psixoloji sağlamlıqla bağlı maariflənmək və simptomları erkən mərhələdə fərq etmək müalicənin ən vacib hissələrindən biridir"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Ermənistanda böyük narahatlığa səbəb olan səfər