Onlayn alış-veriş zamanı aldadılan vətəndaş nə etməlidir? - AÇIQLAMA
Onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, internet üzərindən dələduzluq halları da artmaqdadır.
Məhsulun göndərilməməsi, sifariş ediləndən fərqli malın çatdırılması, saxta səhifələr vasitəsilə pulun mənimsənilməsi kimi hallarla üzləşən vətəndaşlar çox vaxt hansı hüquqi addımları atmalı olduqlarını bilmirlər.
Bəs belə vəziyyətdə ilk olaraq nə etmək lazımdır?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Onlayn alış-veriş zamanı vətəndaşın aldadıldığını düşündüyü andan etibarən ilk addımı bütün sübutları toplamaq olmalıdır. Yazışmalar, ödəniş qəbzləri, bank köçürmələri, məhsulun elanının şəkilləri, satıcının profil məlumatları və digər elektron məlumatlar mütləq saxlanılmalıdır. Bu sübutlar sonradan hüquqların müdafiəsində əsas rol oynayır.
Əgər alış-veriş hüquqi və ya fiziki şəxs tərəfindən həyata keçirilibsə, ilk növbədə satıcıya rəsmi qaydada müraciət edilərək problemin aradan qaldırılması, məhsulun göndərilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması tələb olunmalıdır.
Satıcı müraciətə cavab vermədikdə və ya tələbi yerinə yetirmədikdə, vətəndaş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına şikayət edə bilər. Əgər məsələ istehlakçı hüquqlarının pozulması ilə bağlıdırsa, aidiyyəti qurumlara müraciət etmək mümkündür. Əgər vətəndaşın pul vəsaiti aldatma yolu ilə ələ keçirilibsə və dələduzluq əlamətləri mövcuddursa, dərhal polis orqanlarına müraciət edilməli və cinayət işi başlanılması üçün ərizə verilməlidir.
Bundan əlavə, ödəniş bank kartı ilə aparılıbsa, vətəndaş gecikmədən xidmət göstərən banka müraciət edərək əməliyyat barədə məlumat verməli, mümkün hallarda ödənişin geri qaytarılması prosedurunun tətbiqi imkanlarını araşdırmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun və digər normativ aktlar istehlakçıların hüquqlarını qoruyur. Lakin hüquqların effektiv müdafiəsi üçün vətəndaşın vaxtında müraciət etməsi və əlində sübutların olması həlledici əhəmiyyət daşıyır. Sosial şəbəkədə paylaşım etmək hüquqi müdafiəni əvəz etmir. Ən düzgün yol qanunvericilikdə nəzərdə tutulan prosedurlara uyğun şəkildə aidiyyəti orqanlara müraciət etməkdir"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 670 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021