"Güclü ailənin əsas şərtlərindən biri açıq dialoq və hörmətli ünsiyyətdir" - Samirə Bağırova
Ailə cəmiyyətin əsas sütunlarından biri hesab olunur. Lakin son illərdə ailədaxili münaqişələrin və boşanmaların artması sağlam münasibətlərin qurulması mövzusunu daha da aktuallaşdırıb. Sağlam və xoşbəxt ailə münasibətlərinin formalaşması üçün cütlüklər nələrə diqqət etməlidirlər? Münasibətlərin zamanla zəifləməsinin əsas psixoloji səbəbləri nələrdir?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışı.
O, açıqlamasında qeyd edib ki, sağlam münasibət şüurlu şəkildə qurulur:
"Ailə cəmiyyətin ən əsas dayaqlarından biridir. Amma güclü və sağlam ailə nədir? Ailə yalnız hisslər və evliliklə qurulmur. O, birlik, tərəfdaşlıq, sevgi, psixoloji savadlılıq, emosional yetkinlik və qarşılıqlı məsuliyyət əsasında formalaşır.
Bir çox insanlar yalnız evlənməyi bilir, lakin ailə münasibətlərini idarə etməyi bacarmırlar. Halbuki sağlam münasibət təsadüfən yaranmır, şüurlu şəkildə qurulur.
Evlilikdən sonra münasibətlərin zamanla zəifləməsinin, el arasında deyildiyi kimi, "sevginin üç il çəkməsinin" əsas səbəbləri psixoloji amillərlə bağlıdır. Bunlardan biri tərəflərin bir-birini dəyişdirməyə çalışması, ünsiyyətin zəifləməsi, emosional ehtiyacların ifadə olunmaması, həll edilməmiş incikliklərin yığılması və gündəlik həyatın, qayğıların münasibətin önünə keçməsidir.
İnsan özünü eşidilməmiş, dəyərsiz və ya anlaşılmamış hiss etdikdə emosional məsafə yaranmağa başlayır. Sevginin azalması əksər hallarda hisslərin bitməsi deyil, sadəcə emosional bağın zəifləməsidir.
Güclü ailənin əsas şərtlərindən biri açıq dialoq və hörmətli ünsiyyətdir. Cütlüklər bir-birini tənqid etməkdənsə, anlamağa çalışmalı və hisslərini ittiham etmədən ifadə etməyi bacarmalıdırlar. Münaqişələrdən qaçmaq lazım deyil, onları sağlam şəkildə həll etmək vacibdir. Münasibəti dağıdan problem deyil, problemi düzgün idarə və həll edə bilməməkdir".
Psixoloq onu da vurğuladı ki, insanlar başa düşməlidirlər ki, evləndikləri tərəfdaş yalnız həyat yoldaşı deyil, həm də onların psixoloji təhlükəsizlik məkanıdır:
"Cəmiyyətdə ailə institutunun güclənməsi isə yalnız insanların deyil, dövlətin də məsuliyyətidir. Psixoloji və ailə münasibətləri sahəsində maarifləndirmə gücləndirilməlidir. İnsanlar evlənməyi öyrəniblər, amma sağlam münasibət qurmağı, münaqişəni idarə etməyi, ünsiyyət bacarıqlarını inkişaf etdirməyi və emosiyalarını tənzimləməyi də öyrənməlidirlər.
Bu məqsədlə məktəblərdə və ali təhsil müəssisələrində münasibətlər psixologiyası, emosional intellekt, effektiv ünsiyyət və ailə həyatı ilə bağlı maarifləndirici proqramların həyata keçirilməsi dövlət tərəfindən təşviq olunmalıdır. Kütləvi informasiya vasitələri və sosial media da sağlam ailə modelini təşviq edən maarifləndirici layihələrə daha geniş yer verməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
Ermənistanda böyük narahatlığa səbəb olan səfər