Brendlər sosial media böhranından minimum itki ilə necə çıxa bilər? - Ekspert AÇIQLADI

Brendlər sosial media böhranından minimum itki ilə necə çıxa bilər? - Ekspert AÇIQLADISon dövrlərdə sosial şəbəkələrdə yayılan mənfi rəylər və paylaşımlar brendlərin nüfuzuna qısa müddətdə ciddi təsir göstərə bilir. Bəzən tək bir narazı müştərinin paylaşımı belə geniş müzakirələrə səbəb olur və şirkətləri böhran vəziyyəti ilə üz-üzə qoyur. Belə hallarda brendin atdığı addımlar ictimai etimadın qorunmasında mühüm rol oynayır.
Bəs, sosial şəbəkələrdə brendlər haqqında yayılan mənfi rəylər və böhran vəziyyətləri zamanı şirkətlər hansı kommunikasiya strategiyasını seçməlidir? Belə hallarda etimadı qorumaq və yaranmış böhrandan minimum itki ilə çıxmaq üçün hansı addımlar daha effektiv hesab olunur?

Mövzu ilə bağlı Sonxeber.az-a Strateji Kommunikasiya üzrə Ekspert Səfər Aslanov danışıb.

Brendlər sosial media böhranından minimum itki ilə necə çıxa bilər? - Ekspert AÇIQLADIO, açıqlamasıda qeyd edib ki, sosial şəbəkələrin gündəlik informasiya axınına gətirdiyi sürət brend böhranlarının da təbiətini dəyişib:

"Bu reallıq kommunikasiya strategiyasının əsasını da müəyyənləşdirir. Strategiya sürət, şəffaflıq və nəzarət edilə bilən narrativin əsasında qurulur.
Şirkətlər "böhranın idarə edilməsi" və "böhran vəziyyətlərində kommunikasiya" anlayışını düzgün anlamalı və böhran mədəniyyətini tətbiq etməyi bacarmalıdırlar.
Balansa mütləq "İlkin signal" (Holding statement) olmalıdır. Şirkətlər onsuzda nəzarət olunması çətin olan narativə susmaqla cavab verməklə sürətlə yayılması və coxversiyalı olmasına şərait yaratdıqdan sonra "Substantiv cavab"-a keçirlər.
Digər məqam şəffaflıqdır. Maraqlı tərəflərlə qurulan kommunikasiya inkar deyil, izah üzərində qurulmalıdır. Hüquqi jarqon və ya korporativ klişelərdən çəkinməklə qurulan aydın dildə olan üslubdan istifadə olunmalıdır.
Tək kanal yox, ekosistem yanaşması tətbiq edilməlidir. Mənfi məzmunlu paylaşım hansı platformada yayılıbsa, əsas cavab da ilk növbədə orada verilməlidir, lakin izolə olunmuş şəkildə deyil digər kanallarla da dəstəklənməlidir.
Sosial media - sürətli, insani tonda reaksiya
Rəsmi kanal (vebsayt/mətbuat xidməti) - rəsmi, detallı bəyanat
Daxili kommunikasiya - işçilərin məlumatlandırılması
Prosesin idarə edilməsi zamanı qərarlar faktlara əsaslanan monitorinqə istinadən edilməlidir. Mövzunu real miqyasını ölçmək lazımdır. Bir neçə narazı şərh ilə orqanik böhran arasındakı fərqi ayırmaq tələb olunur. Bunun üçün "sentiment velocity"-yə və mənbənin etibarlılığı qiymətləndirilməlidir. Hər mənfi paylaşıma eyni intensivliklə reaksiya vermək resursun israfı və Streisand effekti yaradır.
Böhran vəziyyətlərində qurulan kommunikasiyasının məqsədi "hadisəni unutdurmaq" deyil, brendin dəyərlər sistemi ilə davranışı arasındakı uyğunluğu ictimaiyyətə yenidən sübut etməkdir. Etimad bir dəfəlik bəyanatla deyil, ardıcıl, izlənilə bilən davranışla bərpa olunur. Bu da strateji kommunikasiyanın, əslində, tək dəfəlik "böhran idarəetməsi" deyil, davamlı reputasiya menecmenti mədəniyyətinin bir hissəsi olduğunu göstərir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 961   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi

Zərdabda bir həftə əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova da dünyasını dəyişib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı "KIA" markal

15 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr