Stomatoloqdan xəbərdarlıq: Qarğıdalı dişlərinizə düşündüyünüzdən daha çox zərər verir
Yay mövsümünün sevilən ləzzətlərindən olan şirəli və şirin qarğıdalı diş sağlamlığı üçün gözlənilməz problemlərə səbəb ola bilər.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Gazeta.ru-ya stomatoloq Anastasiya Savkina danışıb.
Həkimin sözlərinə görə, yay mövsümündən sonra stomatoloqlar tez-tez dişlərdə çatlar, qopmuş plomblar və körpü protezlərində yaranan zədələrlə qarşılaşırlar. Qarğıdalı lif və vitaminlərlə zəngin olsa da, onu birbaşa qıçandan dişləyərək yemək dişlərə qeyri-bərabər yük düşməsinə səbəb olur.
Mütəxəssis qeyd edib ki, bu zaman təzyiq əsasən dişin kiçik bir hissəsinə və ya plombun kənarına yönəlir. Sağlam diş minası üçün bu yük ciddi problem yaratmasa da, plomb qoyulmuş dişlərdə mikroçatların yaranması və sonradan plombun qopması riskini artırır.
Savkina vurğulayıb ki, xüsusilə, dişin böyük hissəsini əhatə edən plomblar köhnəlibsə və ya kənarları tam oturmursa, adi bir qarğıdalı dişləməsi belə onların zədələnməsi ilə nəticələnə bilər.
Həkim bildirib ki, körpü protezlərdən istifadə edən şəxslər daha diqqətli olmalıdırlar. Çünki sərt qarğıdalı dənələrinin dişlənməsi protezə və onu saxlayan dayaq dişlərə qeyri-bərabər təzyiq göstərərək çatların yaranmasına və bakteriyaların daxil olmasına şərait yarada bilər.
Stomatoloq dişləri qorumaq üçün qarğıdalını qıçandan dişləməməyi, dənələri əvvəlcədən bıçaqla kəsərək çəngəllə yeməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsul dişlərə düşən nöqtəvi yükü əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssis həmçinin qarğıdalı yedikdən sonra ağız boşluğunun gigiyenasına xüsusi diqqət yetirməyi məsləhət görüb. O bildirib ki, dişləri fırçalamaq mümkün olmadıqda ağız yaxalayıcısı, diş sapı və ya irriqator qida qalıqlarını təmizləməyə və şəkərin diş minasına təsirini azaltmağa kömək edir.
Sonda Savkina hər altı aydan bir profilaktik stomatoloji müayinədən keçməyi tövsiyə edərək vurğulayıb ki, müntəzəm həkim nəzarəti plomblar və protezlərlə bağlı problemləri vaxtında aşkar etməyə, eləcə də daha ciddi fəsadların qarşısını almağa imkan verir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 567 Tarix: 27 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Balıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabrMaşını gecə park edərkən bu səhvi etməyin
Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzind
13 sentyabrƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15 sentyabr65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabr