"Yatmış gözəl"in əsl qəsri: Harada yerləşir və turistləri nə ilə valeh edir?
Nağıllardakı "Yatmış gözəl" qəsrinin uydurma olduğu düşünülsə də, bu obraza ilham verdiyi hesab edilən real qəsr Fransada, Luara vadisinin mərkəzində yerləşir.
Qaunarinfo xəbər verir ki, bu barədə Divany.hu nəşri yazıb.
Söhbət Luara və Endr çaylarının qovuşduğu ərazidə, Şinon meşəsinin kənarında yerləşən "Chateau d’Usse" qəsrindən gedir. Ağ divarları, mavi damlı zərif qüllələri, bəzəkli istehkamları və meşə fonunda möhtəşəm görünüşü ilə seçilən qəsrin dünya ədəbiyyatının ən məşhur nağıl müəlliflərindən biri olan Şarl Perronu ilhamlandırdığı bildirilir.
Qəsrin tarixi nağıl şöhrətindən xeyli əvvələ gedib çıxır. İlk taxta istehkam XI əsrdə norman mənşəli zadəgan Helduin de Somür tərəfindən tikilib. Strateji əhəmiyyətə malik mövqedə yerləşən tikili sonrakı əsrlərdə dəfələrlə yenidən qurulub və genişləndirilib.
Vaxt keçdikcə qalın divarlı orta əsr qalası qotik memarlıq ilə Fransa intibahı üslubunun elementlərini özündə birləşdirən zərif saray iqamətgahına çevrilib.
Nəşrin yazdığına görə, qəsrin həyətinə daxil olan ziyarətçilər tarixin nəfəsini hiss edə bilirlər. Kompleksin bir hissəsi qotik memarlığın təmkinli zərifliyini əks etdirirsə, digər hissəsi İtaliya intibah memarlığının geniş pəncərəli və işıqlı üslubunu nümayiş etdirir.
Qəsrin daxili interyeri bu gün də öz dəbdəbəsini qoruyub saxlayır. Burada Fransa kralı XIV Lüdovikin səfəri üçün hazırlanmış kral yataq otağı, həmçinin XVII əsrə aid qiymətli Brüssel divar xalçaları nümayiş etdirilir.
XVII əsrin sonlarında məşhur fransız yazıçısı və nağılçısı Şarl Perro da bu qəsrin qonağı olub. Rəvayətə görə, Şinon meşəsinin kənarında yerləşən romantik tikili yazıçını o qədər valeh edib ki, onu məşhur "La Belle au bois dormant" ("Meşədə yatan gözəl") nağılını yazmağa ruhlandırıb. Bu əsər sonradan bütün dünyada "Yatmış gözəl" adı ilə tanınıb.
Hazırda qəsrin sahibi olan Blakas ailəsi bu nağıl irsini turizm məqsədilə uğurla təqdim edir.
Ziyarətçilər şimal qülləsinin spiral pilləkənləri ilə qalxaraq, qala divarlarının gizli dəhlizlərindən keçərək nağıldakı səhnələri canlandıran ekspozisiyanı izləyə bilirlər. Burada dövrün geyimlərində hazırlanmış mum fiqurları vasitəsilə pis pərinin lənəti, məşhur cəhrə və qəsrin ən yüksək otağında yüzillik yuxuya getmiş şahzadə təsvir olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ - FOTO
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video