Televizora çox baxmaq beynimizi "əridirmiş"
Televizor qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün zərərli vərdişlərdən biri ola bilər. Yeni araşdırmaya görə, orta yaşda televizora daha çox baxan insanların beyninin bəzi hissələrində həcm azalması müşahidə olunur.
"Qafqazinfo" xəbər verir ki, "Alzheimer's & Dementia" jurnalında dərc edilən tədqiqatda 1 700-dən çox yetkin insan təxminən 24 il ərzində izlənilib.
Nəticələr xüsusilə kişilərdə televizora tez-tez baxma ilə Alzheimer xəstəliyinə həssas beyin bölgələrinin həcminin kiçilməsi arasında əlaqə olduğunu göstərib. Tez-tez televizora baxanlarda beyin damarlarında zədələnmənin göstəricilərindən biri olan ağ maddə hiperintensivliklərinin də daha çox olduğu müəyyənləşdirilib.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də cinslər arasındakı fərqdir. Televizora baxma ilə beyin strukturundakı dəyişikliklər arasındakı əlaqə kişilərdə qadınlara nisbətən daha aydın müşahidə edilib. Alimlər bu fərqin səbəbinin hələ tam məlum olmadığını və bioloji xüsusiyyətlər, eləcə də, oturaq vaxtın necə keçirilməsi ilə bağlı ola biləcəyini bildirirlər.
Tədqiqatın maraqlı nəticələrindən biri də bütün oturaq fəaliyyətlərin beyin üçün eyni təsirə malik olmamasıdır.
Günün böyük hissəsini oturaraq keçirən, lakin bu zaman iş, yazı yazmaq, oxumaq, elektron məktublara cavab vermək və problem həll etmək kimi zehni fəaliyyətlərlə məşğul olan insanlarda beyin strukturları daha sağlam görünə bilər.
Tədqiqatçılar bunu passiv və aktiv oturaq fəaliyyətlər arasındakı fərqlə əlaqələndirirlər. Televizora baxmaq, əsasən, passiv fəaliyyət olduğu halda, zehni cəhətdən stimullaşdırıcı işlər beyində "idrak ehtiyatı"nın formalaşmasına kömək edə bilər.
Araşdırmada fiziki aktivlik də nəzərə alınıb. Nəticələr göstərib ki, müntəzəm məşq etmək televizora uzun müddət baxmaqla beyin strukturu arasındakı müşahidə olunan əlaqəni tam aradan qaldırmayıb. Bu səbəbdən alimlər gün ərzində yalnız idman etməyin deyil, uzun müddət fasiləsiz oturmağın da qarşısını almağın vacib olduğunu vurğulayırlar.
Bununla belə, araşdırma televizora baxmağın birbaşa beyin həcmini azaltdığını sübut etmir. Tədqiqat müşahidə xarakterlidir və nəticələr, əsasən, əlaqəni göstərir. Buna görə alimlərin fikrincə, televizora uzun müddət baxma ilə beyin dəyişiklikləri arasında dəqiq səbəb-nəticə əlaqəsini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Mütəxəssislər isə uzun müddət ekran qarşısında oturanlara mütəmadi fasilələr verməyi, gün ərzində daha çox hərəkət etməyi və boş vaxtı yalnız passiv ekran fəaliyyətləri ilə keçirməməyi tövsiyə edirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1891 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrƏvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?
Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını
15 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrXurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr