Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldı

Fransa alov içində: Makron yenidən ölkəni çıxılmaz vəziyyətə saldıFransanın cənub-qərbini bürüyən meşə yanğınları son onilliklər ərzində ölkədə baş vermiş ən iri yanğınlara çevrilib. İyulun 22-dən etibarən alov Bordo ilə Atlantik okeanı sahilləri arasında yerləşən ərazilərdə təxminən 42 min hektar bitki örtüyünü məhv edib. 220 min nəfər təxliyə olunub. İlin əvvəlindən Fransada yanğının əhatə etdiyi ümumi ərazi 116 min hektara çatıb.

Fəlakətin miqyası göstərdi ki, Avropanın ən inkişaf etmiş dövlətlərindən biri belə bu cür təhlükələr qarşısında həssasdır. Müasir texnika, böyük büdcə və peyk məlumatlarına çıxış təhlükəsizliyi öz-özünə təmin etmir. Bunun üçün təhlükəni əvvəlcədən qiymətləndirə, qüvvələri hazırlaya və yüz minlərlə sakinin evlərini tərk etməsinə səbəb olmamışdan əvvəl alovun yayılmasının qarşısını ala bilən sistem lazımdır.

Emmanuel Makron yeni istilər dalğası, quraqlıq və yüksək yanğın təhlükəsi barədə əvvəlcədən məlumatlı idi. Bu cür risklər ölkə rəhbərliyinə tabe olan meteoroloji və fövqəladə xidmətlər tərəfindən daimi izlənilir. Makron meşələrdə patrul xidmətini gücləndirməli, əlavə yanğınsöndürmə qüvvələri hazırlamalı, su mənbələrini yoxlamalı, təhlükəli sahələri təmizləməli və ilk yanğın ocaqlarına dərhal reaksiya verməli idi. O, bu vəzifənin öhdəsindən gələ bilmədi. Yanğınların bu qədər geniş miqyas alması və yüz minlərlə insanın təxliyəsi Fransanı əvvəlcədən məlum olan təhlükəyə hazırlaya bilməməsinin birbaşa nəticəsi oldu.

Hazırda isə Fransa lideri qarşıdakı həftələrin ağır keçəcəyini bildirir. Bu vaxta qədər Fransa artıq öz küləklərini, ildırımlarını və yeni yanğın ocaqlarını yarada bilən nəhəng pirokumulonimbus ("od buludları") fenomeni ilə üzləşib. Yanğın adi vasitələrlə dayandırılması demək olar ki, mümkün olmayan, gözlənilməz bir alov fırtınasına çevrilib.

Türkiyə, Almaniya, Norveç və Ukrayna da daxil olmaqla on ölkədən yardım alan Fransa hələ də ümumavropa fövqəladə reaksiya mexanizmini işə salmağa məcbur qalıb. Copernicus peykləri fəlakət bölgələrinin görüntülərini ötürür, Avropa Komissiyası dəstəyi əlaqələndirir, rescEU ehtiyatından yanğınsöndürən təyyarə və helikopterlər hazırlanır. Bu qədər ölkənin prosesə qoşulması Fransanın öz imkanlarının kifayət etmədiyini göstərir.

Bəli, təbii fəlakətin qarşısını tamamilə almaq mümkün deyil. Lakin dövlətin əsas vəzifəsi riski azaltmaq və əhalini qorumaqdır. Alov on minlərlə hektar ərazini məhv edirsə, təxliyə yüz minlərlə vətəndaşı əhatə edirsə və milli xidmətlər təcili xarici yardıma ehtiyac duyursa, məsuliyyət ölkə rəhbərliyinin üzərinə düşür. Makron hökuməti yanğınların fəlakətli miqyas almasının qarşısını ala bilmədi və hava şəraitinin əvvəlcədən xəbər verdiyi təhlükəyə lazımi hazırlığı təmin etmədi.

Bu böhran Fransa prezidentinin uğursuzluqları siyahısını daha da uzadıb. Makronun kifayət qədər böyük uğursuzluqlar siyahısı formalaşıb. Onun siyasi karyerasındakı ilk böyük uğursuzluq 2018-ci ildə baş verən "Sarı jiletlilər" etirazları oldu. Yanacağa vergilərin artırılması planı ölkə üzrə geniş narazılığa səbəb oldu. Fransızlar bahalı həyat, sosial bərabərsizlik və hakimiyyətin laqeydliyinə etiraz edərək küçələrə çıxdılar. Paris toqquşmalar və iğtişaşlarla üzləşdi, hökumət isə ilkin qərarından geri çəkilməyə məcbur oldu. Nəticədə Makron cəmiyyətin daha varlı təbəqəsinin maraqlarını müdafiə edən prezident kimi tanınmağa başladı.

2023-cü ildə pensiya islahatını qəbul etdirən hakimiyyət pensiyaya çıxma yaşını 62-dən 64-ə qaldırdı. Qərar Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edilməklə Milli Assambleyada səsvermə keçirilmədən qəbul edildi. Ölkəni tətil aksiyaları və kütləvi etirazlar bürüdü. Makronun reytinqi 30 faizdən aşağı düşdü, fransızların əksəriyyəti onun siyasətinə qarşı çıxdı. Prezident qanunun qəbuluna nail olsa da, bunun əvəzində cəmiyyətdə dərin parçalanma yarandı.

2024-cü ilin yayında Avropa Parlamentinə keçirilən seçkilərdə məğlub olduqdan sonra Makron Milli Assambleyanı buraxdı. Növbədənkənar seçkilər parlamenti üç böyük siyasi düşərgəyə böldü. Sabit çoxluq formalaşdırmaq mümkün olmadı. Hökumətlər bir-birini əvəz etməyə başladı, büdcənin qəbulu daimi mübarizəyə çevrildi və prezident öz qərarlarını inamla həyata keçirmək imkanını itirdi.

İqtisadi nəticələr də ağır oldu. Fransanın dövlət borcu 3,4 trilyon avronu ötərək ÜDM-in 115 faizindən çoxuna çatdı. Büdcə kəsiri ÜDM-in təxminən 6 faizinə yüksəldi. Hakimiyyət sərt qənaət tədbirləri, xərclərin azaldılması və bəzi sosial güzəştlərin ləğvi planını hazırladı. Bu planlar yeni narazılıq dalğasına səbəb oldu. Fransa borc tələsinə düşdü, öhdəliklərin xidmət xərcləri isə artmaqda davam edir.

Ölkə daxilində dəstəyini itirən Makron eyni zamanda Fransanın xaricdəki mövqelərini də zəiflətdi. Ən böyük uğursuzluqlardan biri Afrika oldu. "Barkhan" hərbi əməliyyatı Saheldə fəaliyyət göstərən terrorçu qruplaşmaları dayandıra bilmədi. Mali, Niger və Burkina-Faso Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb etdilər. Fransız diplomatları ölkələrdən çıxarıldı, səfirliklər bağlandı, Fransa şirkətləri bazarlarını itirdi. Boşalan məkanı digər dövlətlər tutdu. 2026-cı ildə Burkina-Faso Parislə diplomatik münasibətləri kəsdi.

Bundan sonra Fransanın müstəmləkə siyasəti Yeni Kaledoniyada böhrana səbəb oldu. Parisin seçki qaydalarını dəyişmək qərarı yerli kanak xalqının etirazlarına yol açdı. Hakimiyyət fövqəladə vəziyyət elan etdi, jandarm qüvvələri göndərdi və kütləvi həbslər həyata keçirdi. Nəticədə Fransa əraziyə xüsusi status, yerli vətəndaşlıq və əlavə səlahiyyətlər verməyə razılaşdı. Makronun ilkin planı uğursuzluqla nəticələndi.

Onun Cənubi Qafqazda yürütdüyü ermənipərəst siyasət də uğursuzluqla başa çatdı. İrəvana açıq dəstək, silah tədarükü və Azərbaycana qarşı səsləndirilən bəyanatlar Fransanı neytral vasitəçi statusundan məhrum etdi. Bakı ilə münasibətlər dərin böhran yaşadı. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, sülh prosesi Parisin aparıcı rolu olmadan davam etdi, ATƏT-in Minsk qrupunu saxlamaq cəhdləri isə mənasını itirdi. Daha sonra Makron Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışmağa məcbur oldu.

Fransanın zəifləməsi Yaxın Şərqdə də özünü göstərdi. Prezidentin Livanın siyasi yenidənqurulmasına rəhbərlik etmək cəhdi nəticə vermədi. HƏMAS-a qarşı beynəlxalq koalisiya yaratmaq təşəbbüsü lazımi dəstəyi qazanmadı. Fransanın ərəb ölkələrindəki səfirləri Yelisey sarayının siyasətini açıq şəkildə tənqid etdilər. Avropanın strateji muxtariyyəti ideyası da bəyanatlar səviyyəsində qaldı, Parislə Berlin arasındakı münasibətlər isə davamlı fikir ayrılıqları ilə müşayiət olundu.

Meşə yanğınları Makronun idarəetmə sisteminin hazır olmadığı növbəti sınağa çevrildi. O, illər boyu özünü Avropanın lideri və nüfuzlu dünya siyasətçisi kimi təqdim etməyə çalışıb. Lakin Fransanın özündə dövlət borcu artdı, etiraz əhvali-ruhiyyəsi gücləndi, parlamentdə xaos yarandı və təhlükəsizlik problemləri dərinləşdi. İndi isə alov böyük əraziləri məhv edir, yüz minlərlə vətəndaş evlərini tərk edir, prezident isə yenidən fransızlara qarşıdakı həftələrin ağır keçəcəyini izah edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 488   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

13 sentyabr
.

Okeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı

Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən

14 sentyabr
.

Şimali Koreya kruiz və ballistik raketlərdən istifadə edərək hərbi təlimlər keçirir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya Xalq Ordusu strateji kruiz və taktiki ballistik raketlərdən istifadə edərək uzaq mənzilli artilleriya və raket qoşunları ilə birgə təlimlər keçirib. xəbər verir ki, təlimlər sentyabrın 12-də beş artilleriya və raket birləşməsini

14 sentyabr
.

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır. Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxt

15 sentyabr
.

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy

13 sentyabr
.

Trampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ

16 sentyabr
.

İsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədir

İsveçin Dövlət Seçki Komissiyasının məlumatlarına görə, müxalifətdəki solçu ittifaq səslərin 49,4%-i ilə, hakim sağçı ittifaq isə 49,1%-i ilə liderlik edir. xəbər verir ki, İsveçdə parlament seçkilərində səsvermə bazar günü baş tutub. Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçki Komissiyasını

14 sentyabr
.

Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni

16 sentyabr
.

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə

16 sentyabr