Venerada müəmmalı halqalar aşkarlandı

Venerada müəmmalı halqalar aşkarlandıAlimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər. Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, qeyri-adi siqnal ilk dəfə 2010-cu il mayın 24-də, 36 dəqiqə davam edən təsadüfi müşahidə zamanı qeydə alınıb. Lakin alimlər bu kəşfi yalnız indi ictimaiyyətə açıqlayıblar. Onlar fenomenin fiziki izahını hələ də tapa bilmədiklərini bildiriblər.

Müşahidələr İspaniyanın La Palma adasında yerləşən Uilyam Herşel teleskopunda quraşdırılmış eksperimental ExPo polyarimetri vasitəsilə aparılıb. Darzolaqlı filtrlərdən istifadə zamanı Veneranın atmosferində indiyədək heç vaxt müşahidə olunmamış konsentrik halqalar görünməyə başlayıb.

Kəşf yalnız müşahidələr başa çatdıqdan sonra müəyyən edildiyi üçün eksperimentin təkrarlanması mümkün olmayıb. Həmin vaxt ExPo cihazı artıq sökülmüşdü. Məhz buna görə tədqiqatçılar nəticələri uzun müddət dərc etməyiblər.

Tədqiqat müəlliflərindən biri təxminən yeddi il sonra bu müşahidəyə yenidən qayıdıb. Buna səbəb Yaponiyanın "Akatsuki" kosmik zondunun Venera atmosferində qütbdən qütbə uzanan nəhəng atmosfer dalğasını qeydə alması olub. Sonrakı modelləşdirmələr göstərib ki, planetin atmosferində sıxlığı 5-10% artıran və Günəş enerjisinin daşınmasına kömək edən planetar miqyaslı dalğalar yarana bilər.

Alimlər düşünürlər ki, bu proses Günəşin bulud qatını qızdırması və nəticədə yaranan pozuntuların güclü küləklər vasitəsilə daşınması ilə əlaqədar ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 513   Tarix: 29 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr