Flaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?
Flaminqolar uzun illərdir bir ayaq üstə uzun müddət dayanmaq vərdişləri ilə insanların marağına səbəb olur. Alimlər isə bu qeyri-adi davranışın arxasında kifayət qədər sadə səbəbin dayandığını müəyyən ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əsirlikdə saxlanılan Karib flaminqoları üzərində aparılan araşdırma göstərib ki, bir ayaq üstə dayanmaq quşlara bədən istiliyini qorumağa kömək edir.
Mütəxəssislərin fikrincə, bu davranış digər su quşlarında, o cümlədən bəzi sahil quşlarında da müşahidə oluna bilər. Soyuq su bədəndən istiliyi sürətlə çəkir. Buna görə də vaxtının böyük hissəsini suda keçirən quşların istilik itkisini azaltması mühüm əhəmiyyət daşıyır.
Flaminqo ayaqlarından birini qaldıraraq lələklərinin arasında gizlədir. Beləliklə, suda yalnız bir ayağı qalır, digəri isə soyuqdan qorunur.
Araşdırma zamanı alimlər bu davranışla bağlı digər ehtimalları da yoxlayıblar. Onlar bir ayaq üstə dayanmağın ayaqların yorğunluğunu azaltması, quşun daha tez havaya qalxmasına kömək etməsi və ya tarazlığı daha yaxşı saxlamağa imkan verməsi barədə fərziyyələrə təsdiq tapmayıblar. Bu nəticəyə ayrıca işarələnmiş quşların uzunmüddətli müşahidəsi nəticəsində gəlinib.
Quşlarla bağlı başqa maraqlı faktlar da mövcuddur. Alimlər daha əvvəl quş nəğmələrinin sirrini araşdıraraq minlərlə quş növünün səslərinin səkkiz əsas səsin müxtəlif kombinasiyalarından yarandığını müəyyən ediblər. Xüsusilə sərçəkimilər dəstəsinə aid quşlar əsasən özlərinə cüt cəlb etmək və ya rəqiblərini uzaqlaşdırmaq üçün oxuyurlar. Onların nəğmələri təkrarlanan sadə səslərdən mürəkkəb melodiyalara qədər dəyişə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 704 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabr"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
8 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabr