Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilibAzərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə ediblər.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə ediblər.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə ediblər.

"2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi"ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə ediblər.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum"u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə ediblər.

"Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.

"AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum"u "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə ediblər.

09:06

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 388   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI

Auditorlar Palatasının üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının aşağıdak

16 sentyabr
.

Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter almışdır. Azərbaycan dövlət

16 sentyabr
.

Prezident İlham Əliyev: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

"Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu zirvə görüşünün (İƏT-in toplantısı - red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o zirvə görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq". AZƏRTAC-

15 sentyabr
.

Azərbaycan Prezidenti: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

"Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlha

15 sentyabr
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir"

"Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu sözlər sülhə, əməkdaşlığa

15 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr