Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma
Harvard Universiteti və Kvinslend Universitetinin alimləri 21 minə yaxın uşaq üzərində araşdırma aparıb.
Milli.Az xəbər verir ki, tədqiqat zamanı uşaqların doğum ayı ilə koqnitiv inkişafı arasındakı əlaqə araşdırılıb.
Alimlər uşaqların inkişafını doğulduqları andan 7 yaşınadək izləyiblər.
Araşdırmanın nəticələrinə görə, oktyabr, noyabr və dekabr aylarında doğulan uşaqlar koqnitiv testlərdə yaşıdları ilə müqayisədə daha yüksək nəticələr göstərib.
Məlum olub ki, ilin son üç ayında doğulan uşaqlar yay aylarında dünyaya gələn yaşıdları ilə müqayisədə doğulduqları zaman orta hesabla bir qədər daha uzun və ağır olublar. Onların baş çevrələrinin də daha geniş olduğu müəyyən edilib.
Araşdırmada uşaqların 7 yaşında keçirilən zehni performans testlərinin nəticələri də diqqət çəkib. Qış aylarında doğulan uşaqların bu testlərdə statistik baxımdan cüzi üstünlüyə malik olduğu müəyyənləşib.
Alimlər bunun birbaşa doğum ayı ilə bağlı olmadığını bildirirlər.
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə mövsümi amillər də müəyyən rol oynaya bilər. Belə ki, qış aylarında doğuş edən anaların hamiləliyinin son ayları əsasən yay mövsümünə təsadüf edir. Günəş işığının çox olması, D vitamini və təzə qidalara çıxış kimi amillərin dölün inkişafına təsir göstərə biləcəyi ehtimal edilir.
Bununla yanaşı, alimlər "nisbi yaş effekti"nin də mühüm rol oynaya biləcəyini vurğulayırlar.
Eyni sinifdə oxuyan uşaqlar arasında bir neçə aya çatan yaş fərqi yarana bilər. Erkən uşaqlıq dövründə isə cəmi bir neçə aylıq inkişaf fərqi belə dil bacarıqları, diqqət müddəti və öyrənmə qabiliyyətinə təsir göstərə bilər.
Alimlər qeyd edirlər ki, bu nəticələr qış aylarında doğulan uşaqların daha ağıllı olduğu anlamına gəlmir. Uşağın koqnitiv inkişafına doğum ayı ilə yanaşı, genetika, ətraf mühit, ailə şəraiti və təhsil kimi bir çox amil təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 244 Tarix: 01 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərakeş vəliəhd şahzadəsinin əlini öpdürməməsi yenidən gündəm oldu - VİDEO
Mərakeş Kralı VI Məhəmmədin oğlu və taxtın varisi Moulay Hassanın rəsmi mərasimlərdə əlini öpmək istəyənləri nəzakətlə dayandıraraq əl sıxmağa üstünlük verdiyi görüntülər yenidən sosial şəbəkələrdə yayılıb. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda protokol üzvləri və qonaqlar ənənəyə uyğu
29 iyul3 dəqiqəyə 1000 səhifəlik kitab oxudu - (Video)
Nepalda yayımlanan televiziya proqramlarından birində nümayiş etdirilən qeyri-adi bacarıq sosial şəbəkələrdə böyük maraq doğurub. xəbər verir ki, verilişin gənc qonağı cəmi 3 dəqiqə ərzində 100 səhifəlik kitabı oxuya bildiyini iddia edərək bunu canlı efirdə nümayiş etdirib. Gəncin kitabın səhifələrin
28 iyulBu marka yarım milyondan çox avtomobilini geri çağırır
Avtomobil istehsalçısı "Ford" mühərrik hissəsində yanğın yaranma riski ilə əlaqədar 565 691 "Bronco"nu və "Bronco Raptor" krossoverini geri çağırmaq qərarına gəlib. xarici mediaya istinadla xəbər verir ki, baxış kampaniyası 2021-2026-cı il buraxılışlı modelləri əhatə edir
27 iyulQanunsuz tikililərə qarşı tədbirlər gücləndirilib - VİDEO
stanbulun Sultanbəyli rayonunda qanunsuz tikililərlə mübarizə çərçivəsində bələdiyyənin zabitə əməkdaşları qanunvericiliyə zidd inşa edilən tikililərin söküntüsünü həyata keçiriblər. xarici mediaya istinadla xəbər verir ki, Sultanbəyli Bələdiyyəsinin Zabitə İdarəsinin əməkdaşları rayon ərazisində şəhərsalm
31 iyulAğcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı
Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd
2 avqustVenerada müəmmalı halqalar aşkarlandı
Alimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər. Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb. xarici mediay
29 iyulMüntəzəm kabab yeməyin damarlar üçün gizli təhlükələri açıqlanıb
Həftədə bir dəfə kabab yemək uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi problemlərə səbəb ola bilər. -ya istinadən xəbər verir ki, bunu rusiyalı diyetoloq-qastroenteroloq Nuriya Dianova bildirib. Onun sözlərinə görə, kömürdə bişirilmiş ət çox vaxt sağlam qida hesab olunsa da, quzu və mal əti doymu
26 iyulAvropada isti hava dalğaları sürətlə artır
Ekstremal hava hadisələrinin, xüsusilə də isti hava dalğalarının daha tez-tez baş verməsi və intensivliyinin artması iqlim dəyişikliyinin əsas əlamətlərindən biridir. xarici mediaya istinadla xəbər verir ki, bu barədə İtaliyanın Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllim
27 iyulEvlənmək istəməyən gənclərin sayı niyə artır? - ARAŞDIRMA
Bir vaxtlar insanın həyat yolu sanki əvvəlcədən çəkilmiş xəritəyə bənzəyirdi: məktəbi bitirmək, işə düzəlmək, evlənmək, sonra da uşaq sahibi olmaq. Bu mərhələlərdən hansısa gecikəndə qohumların, qonşuların, hətta təsadüfi tanışların belə verəcəyi sual hazır idi: "Bəs sən nə vaxt evlənirsən. İnd
2 avqust